Liviyanın Baş naziri Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak edəcəkdir
Bakı, 22 aprel (AZƏRTAC). Liviyanın Baş naziri Əbdül Rəhim əl-Kib II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək üçün Bakıya səfərə gələcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilmişdir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan Əbdül Rəhim əl-Kib səfər çərçivəsində qurumun digər tədbirlərində də iştirak edəcəkdir.
İkinci Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun təşkilatçılığı, Dünya Elm və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçiriləcəkdir. Forumda 54 ölkədən 150-dən artıq nüfuzlu ictimai-siyasi xadimin, rəsmi şəxsin, ekspertin və elm adamının iştirakı nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]