Londonda mitinq iştirakçıları qatarın üzərinə çıxaraq nəqliyyatın hərəkətinə mane olublar
London, 17 aprel, AZƏRTAC
Londonda iqlim dəyişikliyi ilə əlaqədar keçirilən mitinqin 3-cü günündə etirazçılardan bir neçəsi metroda qatarın üzərinə çıxaraq nümayişi orada davam etdirib. Onlar qatarın hərəkətinə mane olublar.
AZƏRTAC xəbər verir ki, Londonun maliyyə bölgələrindən biri olan Kanari Varf stansiyasında nümayişçilər qatarın üzərinə çıxaraq “Fövqəladə İqlim” başlıqlı plakat açıblar. Polisin hadisəyə müdaxiləsi nəticəsində qatarın hərəkəti bərpa edilib, nümayişçilər isə həbs olunublar.
Qeyd edək ki, mitinq Londonun bir neçə bölgəsində ictimai nəqliyyatın hərəkətinə mane olub və buna görə 300 nəfərdən çox insan həbs edilib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]