“Los-Anceles-2028” mövcud idman qurğularında keçiriləcək
Bakı, 2 noyabr, AZƏRTAC
2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Koordinasiya Komissiyasının ilk iclası baş tutub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Nikol Hovertsin sədrliyi ilə keçirilən iclasda ən yaxın planlar müzakirə edilib.
İki gün davam edən onlayn konfransda “Olimpiada-2028”in idman proqramına da diqqət yetirilib, infrastruktur və ticarət proqramları ilə bağlı məsələlərə toxunulub.
Dörd illiyin əsas yarışının keçiriləcəyi idman obyektlərinə xüsusilə diqqət yetirilib. Təşkilat Komitəsindən bildirilib ki, Olimpiadanın keçiriləcəyi bütün infrastruktur artıq hazırdır. Bu səbəbdən də vəsaitlər yeni azarkeşlərin cəlb edilməsinə və bütün iştirakçılar üçün ən rahat şəraitin yaradılmasına sərf ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:58]
Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
- 11.06.2026 [15:48]
İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq
- 11.06.2026 [15:12]
Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub
- 11.06.2026 [15:05]
Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər
- 11.06.2026 [14:46]
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- 11.06.2026 [14:04]
Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək
- 11.06.2026 [13:18]