“LUKoil” şirkəti Azərbaycanda yeni sahələrə investisiya yatırmağı müzakirə edir
Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, görüşdə “LUKoil” şirkəti ilə SOCAR arasında olan uzunmüddətli əlaqələrdən söhbət açılıb, Azərbaycanda həyata keçirilən layihələrdə “LUKoil”un iştirakı yüksək qiymətləndirilib.
V.Ələkbərov rəhbərlik etdiyi şirkətin SOCAR ilə əlaqələrinin strateji əhəmiyyət daşıdığını bildirib, Azərbaycan dövləti tərəfindən xarici sərmayədarlara investisiyaların yatırılması üçün münbit şəraitin yaradılmasını yüksək qiymətləndirib, bu baxımdan Azərbaycanda yeni sahələrə investisiya qoyulmasının müzakirə olunduğunu, müxtəlif istiqamətlərdə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
“LUKoil” şirkəti Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Şirkət “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birində 10 faiz paya malikdir. Bundan başqa, ölkədə pərakəndə yanacaq bazarında iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]