M. PƏNAHOV: “MÜXALİFƏT SEÇKİ MƏCƏLLƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏSİNƏ MANE OLMAQ İSTƏYİR”
Mərkəzi Seçki Komissiyasının beynəlxalq təşkilatlardan qrant alması və 2003-cü ildə keçiriləcək seçkilərdə səsvermə üçün səffaf qutuların olmayacağı barədə MSK sədri Məzahir Pənahovun adından məlumat yayılmışdır. Bununla əlaqədar sədr AZƏRTAC-a bildirmişdir kİ, müxalifət qüvvələri Seçki Məcəlləsi layihəsinin müzakirəsini əngəlləmək məqsədi ilə yalan məlumat yayırlar. Onun rəhbərliyi dövründə MSK heç bir təşkilatdan qrant almamışdır. Seçkilərdə şəffaf qutulardan istifadəyə gəldikdə isə, seçki prossesinin şəffaflığı tam təmin olunacaqdır.
M.Pənahov onu da demişdir ki, Seçki Məcəlləsi Milli Məclisə təqdim edilənədək MSK-da geniş müzakirə olunmuş, komissiya üzvlərinin rəy və təklifləri layihə müəlliflərinə çatdırılmışdır. Hazırlanmış yeni layihə Azərbaycanda şəffaf, demokratik, inkişaf etmiş Qərb ölkələrinin ənənələrinə uyğun seçkilərin keçirilməsinə şərait yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]