Macarıstan İT sektorunda tenderləri hökumət nəzarətindən azad edir
Budapeşt, 5 sentyabr, AZƏRTAC
Macarıstan hökuməti Milli Kommunikasiyalar İdarəsinə, Milli İnformatika və Rabitə Şurasına, habelə “Digitális Kormányzati Ügynökség Zrt” hökumət şirkətinə (Rəqəmsal Hökumət Agentliyi) icazə verib ki, onlar öz tenderlərini mərkəzləşdirilmiş ticarət məkanlarında yerləşdirməsinlər.
AZƏRTAC Macarıstan hökumətinin xəbər portalına istinadla bildirir ki, həmin təşkilatlar öz tenderlərinə mərkəzləşdirilmiş nəzarətdən də azad ediliblər.
Hökumətin 2004-cü və 2015-ci ildə qəbul edilmiş müvafiq qərarlarının təsir dairəsindən çıxarılmış Milli Kommunikasiyalar İdarəsinin fəaliyyətinə Macarıstanın Baş Nazirinin dəftərxanası nəzarət edir.
Bu il mart ayında yaradılmış Milli İnformatika və Rabitə Şurası (hökumətə məsləhət verən orqan) və elə həmin ayda təsis edilmiş “Rəqəmsal Hökumət Agentliyi” dövlət şirkəti (onun da fəaliyyətinə Macarıstanın Baş Nazirinin dəftərxanası nəzarət edir) tenderləri yerləşdirmək öhdəliyindən azad edilib.
Sonuncu qurum gələcəkdə İT sahəsində dəyəri milyardlarla ölçülən dövlət satınalmaları üzərində nəzarət səlahiyyəti əldə edəcək.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]