Macarıstan rəsmisi Borelin tənqidinə istehza ilə cavab verib
Budapeşt, 8 iyul, AZƏRTAC
Macarıstanın Baş nazirinin siyasi məsələlər üzrə köməkçisi, ölkə parlamentinin üzvü Balaj Orban hökumətin rəhbəri Viktor Orbanın Şuşaya səfər etməsini tənqid edən, həm də tələsik olaraq Aİ-ni Qarabağda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündən uzaq tutmağa çalışan Avropa diplomatiyasının başçısı Cozep Borelin cavabını verib.
AZƏRTAC xəbər verir ki, Baş naziri köməkçisi “X” sosial şəbəkəsindəki mikrobloqunda aşağıdakı istehzalı sözləri paylaşıb: “Bizə şam yeməyi üçün icazə verilirmi, yoxsa indi bunun üçün də Avropa İttifaqından mandat almalıyıq?”
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt