Macarıstanda diskont mağazalar populyardır
Budapeşt, 23 may, AZƏRTAC
Macarıstanda gündəlik tələbat mallarına istehlak xərcləri 2017-ci ildə 2 faiz artıb. Bu, 2016-cı ildə 2,2 faiz, 2015-ci ildə isə 2 faiz artımdan sonra baş verib.
AZƏRTAC bazar araşdırmaları şirkəti “GfK”ya istinadla xəbər verir ki, diskont mağazalar dövriyyə payı artımını onlara istehlakçı münasibətinin yaxşılaşmasından sonra müşahidə ediblər. Ev təsərrüfatlarında satış tezliyinin aşağı düşməsinə baxmayaraq, istehlakçılar əvvəlkinə nisbətən 8 faiz çox xərcləyiblər.
Hipermarketlər əvvəlki kimi gündəlik tələb olunan bütün əmtəə dövriyyəsinin 24 faizini təşkil edib. Lakin diskont mağazaların bazar payı 19 faizdən 21 faizədək artıb. Supermarketlərdə bu 17 faiz, pərakəndə satış şəbəkələrində isə 13 faizdir.
Diskont mağazaların pay artımı onların daim genişlənməsi, həmçinin keyfiyyəti yaxşı olan malın aşağı qiymətə satışı ilə şərtləndirilir. Əvvəllər bu mağazalar müştərilər tərəfindən ucuz, anbar interyerli, məhdud çeşiddə məhsulları olan meydança kimi qəbul edilirdisə, hazırda onlara təzə və keyfiyyətli məhsul almağın, kassada daha tez və asan ödəniş etməyin mümkün olduğu mağaza kimi baxılır.
“GfK” şirkətinin rəyinə görə, bu il gündəlik tələbat mallarına istehlak xərclərinin cüzi artımı davam edə bilər. Regionun digər ölkələrində isə xərclərin daha sürətlə artması ehtimal olunur.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]