Macarıstanın iki deputatı ölkənin dövlət televiziyasının binasından zorla çıxarılıb
Budapeşt, 22 dekabr, AZƏRTAC
Macarıstan parlamentinin iki deputatı - Akoş Hadhazi və Bentse Tordai ölkənin dövlət televiziyasının binasına daxil olduqdan sonra zorla oradan çıxarılıblar. Deputat Tordai qanun keşikçilərinin gözü qarşısında hasarı aşaraq binaya daxil olub. Eyni zamanda, bir sıra qəzetlər teleşirkətin ofisinə 4 parlamentarinin birdən daxil olmağa cəhd göstərməsindən yazır. Qanunvericilərin məqsədi canlı efirə çıxmaq və Macarıstan əmək qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı “televiziya proqramlarında fikir plüralizmi” tələb etməkdir.
Xatırladaq ki, bu yaxınlarda hökumət tərəfindən əmək qanunvericiliyinə artıq iş vaxtının ildə 400 saatadək artırılmasını nəzərdə tutan dəyişiklik qəbul edilib. Bu sənəd xalq arasında “kölə” qanunu adlandırılıb.
Deputatların zorla televiziya binasından çıxarılması epizodu nümayişçilərlə hakimiyyət orqanları arasında artıq neçə gündür ki, davam edən qarşıdurmanın kulminasiya nöqtəsi olub. On minlərlə insan Viktor Orban hökumətinin siyasətinə etiraz əlaməti olaraq Budapeşt küçələrinə çıxıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
- 15.06.2026 [08:02]
NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]