“Mahmud Kaşğari “Divan”ı və çağdaş türk dilləri” – yeni nəşr
Bakı, 7 oktyabr, AZƏRTAC
AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri professor İsmayıl Kazımovun “Mahmud Kaşğari “Divan”ı və çağdaş türk dilləri” kitabı çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda Mahmud Kaşğarinin “Divan”ında sözün fonetik, qrammatik, leksik-semantik yöndə tarixi-genetik və struktur-funksional xüsusiyyətləri nəzərdən keçirilib. Əsərdə “Divan”ın türkoloji dilçiliyin formalaşması və inkişafındakı rolu, çağdaş türk dillərinə, dialektlərinə təsiri öyrənilib.
Kitab 3 bölmədən ibarətdir. Bölmələrdə “Divan”ın fonetik, leksik və morfoloji özəllikləri araşdırılıb.
Nəşrin redaktoru professor Nadir Məmmədli, filologiya elmləri doktoru Şəbnəm Həsənli-Qəribova və dosent Qətibə Quliyevadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.05.2026 [18:57]
Hidrogen energetikası - onlayn seminar
- 26.05.2026 [18:53]
BDU tələbələri üçün İçərişəhərdə akademik infotur təşkil olunub
- 26.05.2026 [18:40]
Otuz il sonra BDU-da
- 26.05.2026 [18:39]