Azərbaycan Dövlət İnformasiya Agentliyi

Makronun Ermənistan sevgisi həm də öz maraqlarına xidmət edir

Makronun Ermənistan sevgisi həm də öz maraqlarına xidmət edir

Bakı, 17 oktyabr, AZƏRTAC

Fransa həmişə Ermənistana meyilli olub, lakin əgər əvvəllər bu ölkənin siyasi rəhbərliyi diplomatik etikaya riayət edirdisə və Cənubi Qafqazdakı vəziyyətlə bağlı qiymətləndirmələrində daha təmkinli ifadələrdən istifadə edirdisə, Fransanın hazırkı prezidenti Emmanuel Makron qərəzli şəkildə hirslidir. O, artıq “makronizm” adlandırılan əsassız ittihamlar və gülünc ifadələrlə Azərbaycanla münasibətləri xeyli korlamağa nail olub. O dərəcəyə çatıb ki, Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə Emmanuel Makronu Azərbaycan xalqından üzr istəməyə çağırıb.

Fransanın uzaq, cılız, diqqətə layiq olmayan Ermənistanın maraqlarını müdafiə etməklə bağlı azğın istəyi haradan qaynaqlanır?

“Fransa üçün Ermənistan onun regional maraqlarının açarıdır. Fransa Qarabağ ermənilərini də canfəşanlıqla dəstəkləyirdi. Bu, nə ilə nəticələndi - onların Qarabağdan könüllü getməsi ilə”, - deyə tarixçi, Qafqaz tarixi mərkəzinin rəhbəri Rizvan Hüseynov qeyd edir.

Tarixçinin sözlərinə görə, Ermənistanın rəsmi Parisə ehtiramının səbəblərindən biri də Fransanın XVII-XVIII əsrlərin sonlarında müasir erməni millətçiliyi layihəsinin formalaşmasının əsasında dayanan aparıcı ölkələrdən biri olmasıdır. “Üstəlik, hələ orta əsrlərdə, Səlib müharibələri zamanı avropalıların, ilk növbədə, fransızların Yaxın Şərqdə, Anadoluda erməni icmaları ilə sıx əlaqələri var idi. Bir çox hallarda səlibçilərin irəliləməsi ermənilərin yerli hökmdarlara qarşı xəyanəti sayəsində mümkün oldu”, - deyən R.Hüseynov əlavə edib ki, ümumilikdə ermənilərlə fransızlar arasında tarixi paralellər çoxdur.

Bəs Makron Ermənistana verdiyi dəstəkdə səmimidirmi?! İndiki Fransa Prezidentində ana babası Frederik Massonun erməni genləri özünü göstərirmi və onun antitürk, islamofob əhval-ruhiyyəsinin mənbəyi budurmu? Yoxsa məzmunsuz siyasətinə görə seçicilərdən dəstək almayan Makron seçki kampaniyalarına səxavətlə dotasiya verən Fransadakı erməni diasporuna yaltaqlanır? Yaxud onun ideoloqu və köməyi ilə hakimiyyətə gəldiyi “İrəli, Respublika!” siyasi hərəkatının həmtəsisçilərindən biri olan Astrid Panosyanın diktəsi ilə o, ermənilərə sevgi ilə alışıb yanır? Sadə dillə desək, Makron zəngin həyat naminə öz ambisiyalarının və sevgisinin girovuna çevrilibmi?! Yeri gəlmişkən, Fransa Prezidenti israfçılığa görə dəfələrlə qınaq obyektinə çevrilib. “Puen” jurnalı hesablayıb ki, Makronun təkcə ötən il futbol üzrə dünya çempionatının matçlarına səfərləri Fransanın büdcəsinə yarım milyon avroya başa gəlib ki, bu da 31 il ərzində adi fransızların yaşayış minimumuna bərabərdir! Fransa Hesablama Palatasının rəsmi hesabatına görə, ölkənin birinci xanımı Bricit Makronun “saxlanma xərcləri” 2022-ci ildə fransız vergi ödəyicilərinə 315 min avroya başa gəlib. Aydındır ki, əbəs yerə deyil ki, 2017-ci ildə, Emmanuel Makronun hələ prezidentliyə namizəd olduğu zaman məşhur yazıçı, jurnalist və Fransanın ən yaxşı analitiklərindən biri Alen Soral prezident seçkilərində qalib gələcəyi təqdirdə, Fransada adi insanların problemlərinə tamamilə biganə olan “qızıl oğlanlar” hakimiyyətini uzaqgörənliklə proqnozlaşdırırdı.

Lakin qayıdaq ermənilərə…

Politoloq Rasim Musabəyovun qeyd etdiyi kimi, Makronun Ermənistanla bağlı davranışı və bəyanatları onun Fransadakı nüfuzlu erməni diasporundan əhəmiyyətli dərəcədə asılı olduğunu göstərir. “Buraya Fransanın özünün və onun arxasında duran, öz maraqlarının təbliği üçün çox mühüm platforma təşkil edən Cənubi Qafqazı əldə etmək arzusunda olan qüvvələrin geosiyasi iştahalarını da əlavə etmək lazımdır. Fransa əmindir ki, Gürcüstan maneə törətməyəcək, çünki bu ölkənin hazırkı prezidenti Salome Zurabişvili fransız diplomatıdır, onun Fransa pasportu var. O, Ermənistanı regional maraqlarının forpostu hesab edir. Azərbaycan isə Fransaya maneə törədir. Bundan əlavə, Fransa Türkiyəyə qarşı düşmən mövqedədir, onu bölgədə əsas rəqibi hesab edir. Cənubi Qafqaz çox vacibdir, çünki zəngin resursları və strateji mövqeyi olan Mərkəzi Asiyaya yol açır. Perspektivdə də molla rejimi çökəndə və ya liberallaşanda Cənubi Qafqazdan İran istiqamətində irəliləmək olar", - deyə ekspert əlavə edib.

Belə çıxır ki, Fransa cəlbedici perspektivlər vəd edərək, sadəcə, ermənilərin hissləri ilə oynayır. Əslində isə o, Ermənistan-Rusiya münasibətlərində soyuqluqdan istifadə edərək, Ermənistanın bir növ himayədar şüarları altında tamamilə praqmatik maraqların, o cümlədən Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasının carçısıdır, eyni zamanda, İrana yaxınlaşmaq istəyir. Üstəlik, bunun üçün bütün ilkin şərtlər var - Ermənistanın anti-Rusiya çıxışları və Rusiyanı öz təxribatlarına cəlb etməklə bağlı uğursuz cəhdlər fonunda Paşinyanın reveransları. “Bizim işimiz yoldan çıxarmaqdır”, - deyə Makron müsahibələrinin birində etiraf edib və görünür, yalan demirdi.

“Rusiya Azərbaycanla birlikdədir. Fransa Ermənistan xalqını dəstəkləyəcək”, - deyə Emmanuel Makron bu yaxınlarda “TF-1” telekanalının efirində bildirib və dərhal əlavə edib ki, siyasi və humanitar məsələlərdə.

Ermənistan rəhbərliyini Qərbdən dəstək almağa ümid edən dövlətlərin taleyi barədə diqqətlə düşünməyə çağıran Rusiya xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının Bişkekdə keçirilən iclasının yekunlarına dair Ermənistanın Qərbə olan ümidlərinin kədərli nəticələrini qeyd edib.

Aydındır ki, Fransa üçün Ermənistan bir vasitədir, məqsəd deyil, belə demək mümkünsə, “Ermənistana sevgisi həm də öz maraqlarına xidmət edir”. Fransanın hazırkı Prezidentinin arxasında Amerikanın Rotşildləri, bankları və milyardları dayanır. “Cibdə pul olanda - bütün dostlar bizimlədir”, - məşhur atalar sözündə deyilir. Ermənistan üçün Makronun himayəsi “qızıl mədən”dir və havadarı dəyişmək imkanıdır, Makronun ifadə etdiyi Qərb və Avropa üçün isə Ermənistanı bütövlükdə almaq, onu yenidən istiqamətləndirmək, eyni zamanda, İrana yaxınlaşmaq şansıdır. Makronun özü üçün isə bu, Afrika qitəsindəki uğursuzluqlara görə reabilitasiya olunmaq və uğursuzluqlarında günahlandırdığı Rusiyaya pislik etmək üçün bir fürsətdir. İndi seçim Ermənistandır: o, regional əməkdaşlığı seçərək, tamhüquqlu tərəfdaş olacaq və ya nüfuzlu cənabların maraqlarına xidmət edərək yanlış əllərdə oyuncaq olaraq qalacaq?

Nadiya Kafarova

publisist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb