Malidə etnik zəmində silahlı toqquşmalar nəticəsində 18 nəfər ölüb
Bakı, 4 may, AZƏRTAC
BMT-nin Malidə sülhməramlı qüvvələrinin (MIUSMA) qərargahından verilən məlumata görə, bu ölkədə etnik zəmində baş vermiş silahlı toqquşmalar nəticəsində ən azı 18 nəfər ölüb.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, silahlı toqquşmalar davam edir, ölü və yaralı sayının daha da artacağı ehtimal olunur. MINUSMA silahlı hücuma keçənlərin ölkənin Mopti bölgəsindəki Doqon etnik icmasının üzvləri olduğunu bildirib. Qeyd olunub ki, onların uzun illərdir Fulani qəbiləsi ilə apardıqları münaqişə nəticəsində təkcə 2018-ci ildə yüzlərlə insan həlak olub. Bu qəbilələr arasında mübahisə obyekti olan Sahara səhrası ilə Afrikanın şimal savannası arasındakı Sahel bölgəsi yeni döyüşlərə səbəb ola bilər.
MINUSMA-nın komandanı Mohamad Saleh Annadif bildirib ki, BMT hər iki icmanın rəhbərlərinə münaqişəni dinc yollarla həll etməyi təklif edib. Mali hakimiyyəti isə islamçı qüvvələrlə digərləri arasında münasibətlərin qızışdırılmasına görə sərt tənqidə məruz qalıb. Vəziyyətin gərginləşməsi ucbatından aprel ayında Mali hökuməti istefaya getməyə məcbur olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:30]
Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb
- 10.06.2026 [14:26]
Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib
- 10.06.2026 [14:12]
İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]
İran Amerika bazasındakı dörd obyektə zərbə endirib
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]