Azərbaycan Dövlət İnformasiya Agentliyi

Malik Həsənov: Hazırkı dövrün əsas məsələsi regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir

Malik Həsənov: Hazırkı dövrün əsas məsələsi regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir

Bakı, 15 yanvar, AZƏRTAC

“Dövlətimizin başçısı İlham Əliyevin istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə hər bir müsahibəsi, çıxışı Azərbaycanın işğal dövründə üzləşdiyi ikili standartlara əsaslanan siyasət nəticəsində yaşadıqlarına, eyni zamanda, tarixi Zəfərimizdən, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşmasından sonra yaranan yeni reallıqların regionda və dünyada qəbul olunmasına, Azərbaycanın diktə edən tərəf kimi mövqeyinin möhkəmlənməsinə işıq salır. Bu baxımdan ölkə Prezidentinin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi də özündə bir çox məqamları, mesajları ehtiva edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov söyləyib.

Deputat qeyd edib ki, hazırkı dövrün əsas məsələsi regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Azərbaycan tərəfinin Ermənistana sülh müqaviləsinin imzalaması ilə bağlı təklifi və işğalçı dövlətin hələ də tərəddüd içərisində qalması diqqətdədir. Bu tərəddüdə səbəb nədir? Təbii ki, Ermənistanın yenə də ATƏT-in Minsk qrupunun həmsədrlərindən təkliflər gözləməsidir. Reallıq budur ki, Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Yeni geosiyasi reallıqlar yaranıb. Dövlətimizin başçısı İlham Əliyev sözügedən müsahibəsində müharibənin başa çatmasından ötən bir ildə beynəlxalq birliyin həmin reallıqların qəbulu ilə bağlı reaksiyasının qaneedici olduğunu bildirir. Həm işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə start verildi, həm də ədalətə və beynəlxalq hüquqa söykənərək münaqişənin artıq keçmişdə qaldığı, yeni səhifənin açılması zamanı olduğu təsdiqləndi. Daim irəli baxan Azərbaycan işğalçı Ermənistanı da keçmişlə yaşamamağa, gələcəklə bağlı addımlar atmağa çağırır.

M.Həsənov qeyd edib ki, ötən il keçirilən Moskva, Soçi və Brüssel görüşləri Azərbaycanın qalib tərəf kimi möhkəmlənən mövqeyinin aydın mənzərəsini yaradır. Həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin zəfərimizdən sonra ilk bəyanatları ilə hazırkı dövr üçün yanaşmalarını müqayisə etdikdə böyük dəyişiklik diqqətdən kənarda qalmır. Artıq 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata və digər mühüm sənədlərə istinadlar edilir. Yəni, reallıq üstünlük təşkil edir.

“Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, biz öz konstitusion hüquqlarımız, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaratmışıq və hamı bu reallıqla hesablaşmalıdır. Atılan addımların nəticəsində bu gün beynəlxalq təşkilatlar - BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər.

44 günlük Vətən müharibəsinin əbəs yerə həqiqət anı kimi dəyərləndirilmədiyini önə çəkən Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycanın haqlı tərəf olduğunu söyləyən, ancaq konkret məqam yetişəndə susmağa üstünlük verən bəzi dövlətlərin hazırkı dövrdə Azərbaycana müsbət münasibətinə diqqət yetirmək kifayətdir.

“Prezident İlham Əliyev müsahibəsində bu məqamlara da xüsusi diqqət göstərərək bildirib ki, həmişə qaliblərin dostları çox olur. Biz bunu tarixdə dəfələrlə görmüşük. Bu, müsbət addımdır. Təbii ki, bu addımlara, yanaşmalara təsir göstərən amillərdən biri də 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi oldu. Azərbaycan müharibəni beynəlxalq humanitar normaları pozmadan apardı. Ermənistan tərəfdən dinc əhali arasında itki az olub. Amma Vətən müharibəsinin gedişi dövründə döyüş meydanında məğlubiyyətləri ilə barışmayan Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi raket atəşinə tutmaları faktdır”, - deyə deputat bildirib.

M.Həsənov qeyd edib ki, diplomatik uğurlarımızın davamlılığı tarixi Zəfərimizin yaratdığı reallıqların dünyada qəbul edilməsini şərtləndirir. Dünyanın əksər gücləri artıq baş verənləri görməzdən gəlmir, Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü. Bütün bu kimi amillər ölkəmizə hörməti və etimadı daha da artırdı. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, milli ruhun oyanması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox müsbət effektdir və daim müsbət təsir göstərəcək.

Prezident İlham Əliyev müsahibəsində ATƏT-in Minsk qrupunun fəaliyyətinə də diqqət yönəltdiyini vurğulayan Milli Məclisin deputatı qeyd edib ki, 30 ilə yaxın dövrdə qurum fəaliyyətsizliyi ilə diqqət çəkib.

“Hazırda, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğu bir zamanda ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac varmı? Prezidentin “Onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik” mesajı özündə bütün məqamları ehtiva edir. Artıq göründüyü kimi, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi Azərbaycan dövlətini narahat etmir. Ölkəmizin qalib tərəf kimi diktə etdiyi yeni reallıqlar dünya gücləri tərəfindən qəbul olunaraq dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Azərbaycan tərəfindən Ermənistana təklif olunan sülh müqaviləsinin imzalanmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Ümumiyyətlə, Prezident İlham Əliyevin bu müsahibəsi yeni dövrün yeni reallıqlarının təsdiqinin və qəbulunun təqdimatıdır”, - deyə deputat bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib