Mançester derbisində beş qol vurulub
Bakı, 7 mart, AZƏRTAC
Martın 6-da futbol üzrə İngiltərə Premyer Liqasında 18-ci turun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionluğa iddialı "Mançester Siti" doğma meydanda "Mançester Yunayted"lə üz-üzə gəlib. "Etihad" stadionunda keçirilən qarşılaşma "Şəhərlilər"in 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 5-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Kevin De Brüyne açıb. Matçın 22-ci dəqiqəsində Ceydon Sanço tarazlığı bərpa edib. Qarşılaşmanın 28-ci dəqiqəsində De Brüyne özünün və komandasının ikinci qolunu vurub. Görüşün 68-ci dəqiqəsində Riyad Mahrez fərqi iki topa çatdırıb. Matçda son nöqtəni də Riyad Mahrez qoyub. Əlcəzairli yarımmüdafiəçi oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə fərqlənməklə yekun hesabı müəyyənləşdirib.
Bu qalibiyyətdən sonra xallarını 69-a çatdıran "Mançester Siti" ilk pillədəki mövqeyini qoruyub. Qırx yeddi xalı olan "Mançester Yunayted" isə 5-ci sırada qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib
- 10.10.2026 [18:53]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:46]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]