“Mançester Yunayted” klubu qış transfer bazarına 215 milyon funt sterlinq xərcləyəcək
Bakı, 6 yanvar, AZƏRTAC
İngiltərənin “Mançester Yunayted” futbol klubunun rəhbərliyi qış transfer bazarında heyəti gücləndirməyə qərar verib.
AZƏRTAC “Daily Star” saytına istinadla xəbər verir ki, “Qırmızı şeytanlar” transfer bazarında 215 milyon funt sterlinq xərcləmək niyyətindədir. Eyniadlı şəhərin təmsilçiləri artıq dörd futbolçuya maraq göstərdiyini də gizlətməyib. Onlar arasında Madridin “Real” klubunun yarımmüdafiəçisi Qaret Beyl və Almaniyanın “Borussiya Dortmund” komandasının forvardı Pyer-Emerik Obameyanq da yer alır.
Bu arada “MY” rəhbərliyi Lui van Qalın gedişindən sonra Joze Mourinyonun birbaşa komandaya baş məşqçı kimi gətirilməsindən ehtiyatlanır. Bu səbəbdən klub bosları hazırda komandada baş məşqçi köməkçisi kimi çalışan uelsli Rayan Qıqqzə şans vermək istəyir.
Qeyd edək ki, Rayan Qiqqz İngiltərə Premyer liqasının 2013/2014-cü il futbol mövsümünün sonlarında klubda baş məşqçı qismində qısa müddətdə fəaliyyət göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]
UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib
- 16.10.2026 [01:43]
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]