Maqnus Karlsen dünya şahmat tacını Vişvanatan Anandın əlindən almışdır
Bakı, 23 noyabr (AZƏRTAC). Norveç şahmatçısı Maqnus Karlsen Hindistanın Çennay şəhərində şahmat üzrə dünya çempionu adı uğrunda keçirilən matçda Hindistan şahmatçısı Vişvanatan Ananda vaxtından əvvəl qalib gəlmişdir.
Karlsenin ağ fiqurlarla oynadığı onuncu partiyada 65-ci gedişdə heç-heçə qeydə alınmışdır.
Bu oyundan sonra V.Anand dünya çempionu adını saxlamaq imkanından məhrum olmuşdur, çünki 12 partiyadan ibarət matçda hesab namizədin xeyrinə 6,5-3,5 olmuşdur.
Xatırladaq ki, V.Anand 2007-ci ildə dünyanın ən güclü şahmatçılarının turnirində qazandığı çempion adını Vladimir Kramnik, Veselin Topalov və Boris Gelfandla matçlarda qoruyub saxlamışdır.
FİDE-nin siyahısında ən yüksək reytinq əmsalına malik olan M.Karlsenin noyabrın 30-da 23 yaşı tamam olacaqdır.
M.Kalsen Londonda namizədlərin turnirində əlavə göstəricilər üzrə yekun protokolunda rusiyalı Vladimir Kramniki geridə qoyaraq V.Anandla qarşılaşmaq hüququ qazanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:14]
Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb
- 19.06.2026 [10:52]
Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb
- 19.06.2026 [10:41]
“Səbail” yeni baş məşqçisini açıqlayıb
- 19.06.2026 [05:30]
Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib
- 19.06.2026 [01:02]
Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib
- 18.06.2026 [22:06]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]