MARNEULİDƏ DEPUTATLARLA GÖRÜŞ
Marneuli rayonunda yerli bələdiyyələrə yeni seçilmiş deputatlarla görüş olmuşdur. Görüş yerli ictimaiyyət arasında böyük maraq doğurmuşdur.
Görüşü Marneuli rayon icra hakimiyyətinin başçısı Qoça Loriya açaraq, deputatları yerli özünüidarəetmə orqanlarına seçilmələri münasibətilə təbrik etdi və onlara uğurlar arzuladı.
Sonra Marneuli rayon Ağsaqqallar Şurasının sədri Kamal Məmmədov çıxış edərək məlumat verdi ki, yerli bələdiyyələrə deputat seçilənlərin 16 nəfəri azərbaycanlı, biri isə gürcüdür. O, əmin olduğunu bildirdi ki, onlar öz vəzifələrini yerinə yetirməklə yanaşı, Marneuli kimi böyük bölgədə xalqlar dostluğunun möhkəmlənməsinə də çalışacaqlar.
Gürcüstan Vətəndaşlar İttifaqı Partiyası Marneuli rayon şöbəsinin sədri David Əhmədov, rayon internat məktəbinin direktoru Elman Cəfərli və başqaları çıxışlarında sakinləri narahat edən məsələlərə, o cümlədən təhsil və səhiyyə sahəsindəki problemlərə toxundular.
Kvemo Kartli - Borçalı bölgəsinin qubernatoru Levan Mamaladze dedi ki, bələdiyyələrə yeni seçilmiş deputatların yaxından köməyi ilə rayon mərkəzində yeni iş yerləri açılacaq, rayonun kənd əməkçiləri ilk növbədə Tbilisi və Rustavi şəhərlərinin kənd təsərrüfatı məhsulları ilə təmin olunması üçün səylərini əsirgəməyəcəklər.
Sonda bir neçə deputat çıxış edərək, hər bir problemlə ciddi məşğul olacaqlarına və onların təxirəsalınmadan həlli üçün tədbirlər görəcəklərinə söz verdilər.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Marneuli
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]