Marneulidə soydaşlarımız üçün nəzərdə tutulmuş daha bir layihəyə start verilib
Tbilisi, 4 noyabr, AZƏRTAC
Marneulidə “Gənc Liderlər Akademiyası” layihəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, soydaşlarımızın inteqrasiyası məqsədilə hazırlanan layihə Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzi tərəfindən həyata keçirilir.
Layihə çərçivəsində gənclərin ilk qonağı Marneuli rayon prokuroru Giorgi Mekvabidze olub. Hüquqşünas gənclərə Gürcüstan Konstitusiyası və qadın hüquqları haqqında geniş məlumat verib.
Mərkəzdən bildirilib ki, “Gənc Liderlər Akademiyası”nın əsas məqsədi gələcəkdə cəmiyyət üçün inkişaf etmiş, yenilik və mühüm dəyişikliklərə kömək edəcək potensiallı liderlərin yetişdirməkdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi