MARNEULİDƏKİ N.NƏRİMANOV ADINA PARKDA QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 14-də Gürcüstanın Marneuli rayonundakı Nəriman Nərimanov adına istirahət parkında Azərbaycanın Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycanda fəaliyyət göstərən “Böyük dayaq” xeyriyyə ictimai birliyinin və onun Gürcüstan filialının təşkilatçılığı ilə baş tutmuşdur.
Tədbirdə birliyin sədri İlham Əliyev, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elxan Poluxov, Marneuli rayon məclisinin sədri Ayvaz İsmayılov və başqaları çıxış etmişlər. Natiqlər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərindən, dövlətçiliyimizin qorunması, dünyəvi milli dövlət qurulucuğu sahəsində uzaqgörən siyasətindən, ulu öndərin başladığı kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyindən söhbət açmışlar.
Tədbirin sonunda Azərbaycandan gəlmiş incəsənət ustalarının maraqlı konsert proqramı ilə çıxış etmişlər.