MARTDA TİKİNTİ MATERİALLARI BAZARINDA QİYMƏTLƏR ÖTƏN AYLA MÜQAYİSƏDƏ 0,6 FAİZ ARTMIŞDIR
AZƏRTAC xəbər verir ki, martda Bakı şəhərinin tikinti materialları bazarında bir sıra tikinti materiallarının qiymətlərində artım müşahidə olunmuşdur. Ay ərzində bazarda orta qiymətlər fevral ayına nisbətən 0,6 faiz, ilin əvvəli ilə müqayisədə isə 1,5 faiz artmışdır. Bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 9,2 faiz çoxdur.
Araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan malların ümumi həcmdə payı 43 faiz təşkil etmişdir. Ay ərzində 102 çeşiddə məhsuldan 27-sinin qiyməti artmış, 67 məhsulun qiyməti sabit qalmış, 8-nin qiyməti azalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]