CƏMİYYƏT
Martın 25-də Azərbaycanda COVID-19 əleyhinə 6477 min doza vaksin vurulub
Bakı, 25 mart, AZƏRTAC
Martın 25-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 6477 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 369, ikinci doza 691, üç və daha çox doza 5061, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 356-dır.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 388 min 971, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 320 min 442, ikinci mərhələ üzrə 4 milyon 816 min 763, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 26 min 385, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 225 min 381-dir.