MASALLIDA İLİN SONUNADƏK ÜÇ MİN YENİ İŞ YERİ AÇILACAQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin və azad sahibkarlığın inkişafı üçün yaradılan əlverşli şəraitin nəticəsi olaraq cari ilin 9 ayında Masallı rayonunda 2227 yeni iş yeri açılmışdır. Bunun 1021-i daimi iş yeridir.
Yeni iş yerləri, əsasən, sənaye və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan özəl müəssisələrdə və fermer təsərrüfatlarında yaradılmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2005-ci ilin sonunadək yeni müəssisələrin fəaliyyətə başlaması ilə təzə iş yerlərinin sayı 3000-ə çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]