Masallıda narkotik vasitələrin satışı ilə məşğul olan keçmiş məhkum saxlanılıb
Masallı, 7 avqust, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş rayon sakini Mehti Fərəcov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəxsi axtarış zamanı M.Fərəcovun üzərindən hazır bükümlərdə tiryək aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.