MAYDA BİR DİLER ŞİRKƏTİ ƏMƏLİYYAT APARMIŞDIR
Bakı Fond Birjasından AZƏRTAC-a bildirmişlər ki, mayda dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) aparılmış əməliyyatların həcminə görə dilerlərin renkinqinə “AzərTürkBank” başçılıq edir. Şirkət 2 milyon 175 min 957,70 manat məbləğində diler əməliyyatı həyata keçirmişdir.
Mayda dilerlərin renkinqində birinciliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə düşmüşdür.