Mayın 10-da Küveytdə Azərbaycan mədəniyyət günlərinin təntənəli açılış mərasimi keçiriləcəkdir
Bakı, 9 may (AZƏRTAC). Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, mayın 10-da, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümündə Küveytdə Azərbaycan mədəniyyət günlərinin təntənəli açılış mərasimi keçiriləcəkdir.
Mədəniyyət günləri Əl-Küveyt şəhərinin “Dasma” adına mərkəzi sərgi və konsert kompleksində təşkil olunan və Azərbaycanın füsünkar təbiəti, zəngin tarixi mirası, iqtisadi inkişafını özündə əks etdirən fotosərgi ilə tanışlıqla başlanacaqdır. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Küveytin Mədəniyyət və Ədəbiyyat Ali Şurası və bu ölkədəki səfirliyimizin təşkilatçılığı ilə hazırlanan ekspozisiyanın xüsusi güşəsi ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunacaqdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şanlı və şərəfli həyat yolunu əks etdirən sənədlərlə yanaşı, dahi şəxsiyyətin xarici ölkə başçıları ilə görüşləri və nüfuzlu beynəlxalq təşkilatlardakı çıxışları zamanı, həmçinin, Azərbaycanın təsərrüfat-sənaye obyektlərində, ölkədə aparılan genişmiqyaslı tikintilərdə çəkilən fotoşəkillər və ulu öndər haqqında yazılan kitablar nümayiş etdiriləcəkdir.
Daha sonra Əl-Küveyt şəhərinin “Dasma” mərkəzi sərgi və konsert kompleksində Azərbaycan mədəniyyət xadimlərinin ifasında maraqlı konsert proqramı da təşkil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]