MDB ONKOLOQLARI VƏ RADİOLOQLARININ IV QURULTAYI ƏLAMƏTDAR HADİSƏ OLMUŞDUR
MDB üçün yubiley ilində əlamətdar hadisəyə çevrilən qurultayın işində MDB-nin İcraiyyə Komitəsinin sədri–icraçı katibi Vladimir Ruşaylo iştirak etmişdir.
Qurultay yüksək təşkilati və elmi səviyyədə keçmiş, onun işində MDB-nin 10 ölkəsindən, habelə Avstriya, Almaniya, Hindistan, İran və Türkiyədən onkologiya, tibbi radiologiya və rentgenologiya sahəsində 1768 aparıcı alim və mütəxəssis (milli elmlər akademiyalarının 21 həqiqi və 17 müxbir üzvü, 246 professor, 278 elmlər doktoru, 25 dosent və 295 elmlər namizədi) iştirak etmişdir.
MDB onkoloqları və radioloqlarının IV qurultayının iştirakçıları forumun gözəl təşkilinə və keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidentinə dərin minnətdarlıq və təşəkkürlərini bildirmişlər. Onlar xüsusi qeyd etmişlər ki, ölkənin ali rəhbərliyinin onkologiyanın problemlərinə şəxsi diqqəti və bunları dərindən başa düşməsi Azərbaycanda onkoloji xidmətin vəziyyətinin xeyli yaxşılaşmasına gətirib çıxarmışdır.
Keçirilmiş diskussiyanın yekunlarına əsasən qətnamə qəbul olunmuşdur. Qətnamədə MDB ölkələrinin əhalisinə onkoloji yardımın problem məqamları və onların aradan qaldırılması tədbirləri göstərilmişdir.