MƏDƏNİYYƏT
“Məcməyi-Şura” və “Vahid ədəbi məclisi”nin növbəti toplantısı olub
Bakı, 4 dekabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Məcməyi-Şura” və “Vahid ədəbi məclisi”nin növbəti toplantısı keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanın ədəbi həyatı cəmiyyətin və ziyalıların daim diqqət mərkəzindədir.
“Məcməyi-Şura” məclisinin sədri, professor, qəzəlxan Şahin Fazil məclisə toplanmış şairləri təqdim edib və onların yaradıcılığından söhbət açıb.
“Vahid ədəbi məclisi”nin sədri, tanınmış jurnalist Hacı Rafiq İsmayılov təmsil etdiyi məclisin yetirmələri barədə danışıb, onların ədəbi mühitə verdiyi töhfələrlə məclis iştirakçılarını tanış edib.
Məclisdə şeirlər oxunub və müzakirələr aparılıb.