MƏDƏNİYYƏT SARAYLARININ ƏSASLI TƏMİRİNƏ 1 MİLYARD MANAT VƏSAİT SƏRF OLUNMUŞDUR
Respublika Prezidenti Heydər Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq Sumqayıt şəhərindəki Üzeyir Hacıbəyov və Səməd Vurğun adına mədəniyyət saraylarının əsaslı təmiri başa çatmışdır.“Azərkimya” Dövlət Şirkətindən müxbirimizə bildirmişdir ki, bu obyektlərin əsaslı təmirinə 1 milyard manata yaxın vəsait sərf olunmuşdur. Aparılan yenidənqurma işləri mədəniyyət saraylarında şəhər sakinlərinin mənalı istirahətinə, içtimai-siyasi tədbirlərin keçirilməsinə imkan verəcəkdir.