“Media hüququ” məlumat kitabçasının təqdimatı keçirilmişdir
Bakı, 16 may (AZƏRTAC). Mayın 16-da Azərbaycan Mətbuat Şurası və ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən “Media hüququ” məlumat kitabçasının təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, kitabın müəllifi, ABŞ-ın Minnesota Universitetinin professoru Ceyn Körtli nəşrdə media sahəsində dünya təcrübəsindən istifadə edildiyini vurğulamış, jurnalist məsuliyyəti, vətəndaş cəmiyyətinin inkişafında azad mətbuatın rolu və digər məsələlərin əks olunduğunu diqqətə çatdırmışdır.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Azərbaycanda mətbuatın və söz azadlığının inkişafı ilə bağlı dövlət tərəfindən hər cür şəraitin yaradıldığını və bu istiqamətdə bir sıra qurumların təsis olunduğunu bildirmişdir. O, jurnalistlərin peşəkarlığının artırılması sahəsində bir sıra layihələrin həyata keçirildiyini, nəşrlərin çap olunduğunu qeyd etmiş və bu baxımdan “Media hüququ” kitabçasının da əhəmiyyətini vurğulamışdır.
Şura üzvləri, KİV-lərin rəhbərləri və ictimai təşkilatların nümayəndələri də jurnalistlərin peşə hazırlığının artırılması, jurnalist etikası və digər baxımdan bu məlumat kitabçasının əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Tədbirdə Ceyn Körtliyə Şuranın diplomu da təqdim edilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]