Azərbaycan Dövlət İnformasiya Agentliyi

Media islahatları: yeni hədəflərə doğru

Media islahatları: yeni hədəflərə doğru

Bakı, 12 yanvar, AZƏRTAC

2020-ci ilin sonlarında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı Zəfər tariximizin ən parlaq səhifələrindən biri kimi xalqımızın milli iftixar və qürur mənbəyinə çevrilmişdir. İşğal altındakı torpaqlarmız azad edildikdən sonra dövlətimizin inkişafı, iqtisadiyyatımızın gücləndirilməsi, milli təhlükəsizlik, xalqın rifah səviyyəsinin yüksəldilməsi istiqamətində işlər daha böyük sürətlə həyata keçirilməyə başladı, azad edilmiş torpaqlarımızda infrastrukturun və ekoloji tarazlığın bərpası prioritet vəzifələrdən biri kimi müəyyən edildi.

Formalaşmış yeni reallıqlar çərçivəsində Azərbaycanda informasiya mühitinin qorunması, əhalinin düzgün və obyektiv informasiya əldə edə bilməsi üçün müvafiq şəraitin yaradılması, media sahəsinin inkişaf etdirilməsi məsələsi də daha böyük əhəmiyyət kəsb etməyə başlamışdır. Bununla əlaqədar 2021-ci il yanvarın 12-də Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalamış və bununla da media sahəsinin inkişafı məsələlərinin dövlətin diqqətində olduğunu bir daha təsdiq etmişdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun “Media islahatları: yeni hədəflərə doğru” sərlövhəli məqaləsində yer alıb. Yazını təqdim edirik.

Qloballaşan dünyada yüksək sürətlə baş verən informasiyalaşma prosesi, demək olar ki, bütün ölkələri əhatə etməkdədir. Lakin belə şərait heç də bütün ölkələr üçün bərabər şərtlər təqdim etmir. Sirr deyil ki, daha böyük və informasiya texnologiyaları cəhətdən daha çox inkişaf etmiş dövlətlər bu sahədə daha qabaqcıl mövqelərdə dayanmaqla nüfuz və təsir imkanlarını öz maraq dairələrinə daxil olan mümkün qədər geniş dairəyə tətbiq etməyə çalışırlar. Bu mənada, 44 günlük Vətən müharibəsindən sonra və son dövrlərdə regionumuzda baş verən digər hadisələr fonunda dünya siyasətinin gündəminə daha çox gələn Azərbaycan özünün geostrateji mövqeyi, regiondakı nüfuzu və beynəlxalq təşkilatlardakı çəkisi sayəsində qeyd olunan xarici aktorların maraq dairəsinə daha intensiv şəkildə düşməkdədir. Qeyd edilən Fərman həm də belə bir vəziyyətdə ölkədə daxili informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, milli media məhsulu istehsalının stimullaşdırılması, yerli medianın inkişafının təşviq edilməsi və rəqabətədavamlı medianın formalaşdırılması, informasiya mühitində münasibətlərin hüquqi nizamlanması, habelə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə effektiv şəkildə çatdırılması məqsədilə yeni konseptual yanaşmanın, yol xəritəsi rolunu oynayacaq sənədin hazırlanması ilə bağlı yaranmış ciddi zərurətlə əlaqədar imzalanmışdır.

Həmin Fərmana əsasən yaradılmış Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan mediasının qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan daha çox bəhrələnə bilməsi, media sahəsində institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə təsis edilmişdir. Fəaliyyətini şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri üzərində quran Agentlik Nizamnaməsinə uyğun olaraq media subyektlərinin, redaksiyaların, jurnalistlərin reyestrinin aparılması, o cümlədən onlayn mediaya dair məsələləri, reklam, reytinq, mediada biznes modellərinin təşviq edilməsi kimi əhəmiyyətli fəaliyyət istiqamətlərinin inkişafı ilə əlaqədar funksiya və səlahiyyətləri də özündə birləşdirir.

Media sahəsində həyata keçirilən islahatlar mahiyyət etibarilə özündə media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsasları, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı, yayımı və s. dair məsələlərin daha təkmil formada həll edilməsinə yönəlmiş tədbirləri ehtiva edir. Bura normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması, həmçinin media sahəsində institusional islahatların həyata keçirilməsi aid edilə bilər.

Bu mənada yeni qanunun qəbul edilməsi hazırda son dərəcə aktualdır və əminliklə demək olar ki, zərurətə çevrilmişdir. Bu qanun peşəkar media subyektləri və jurnalistlər üçün geniş imkanlar və potensial güzəşt və imtiyazlar üçün hüquqi əsas yaradacaq, ölkə mediasının daha yüksək inkişaf mərhələsinə keçidinə dəstək olacaqdır. Lakin unudulmamalıdır ki, media bir prosesdir və həmin prosesdə media subyektləri və jurnalistlər iştirakçıların yalnız bir qrupu - xəbərin, media məhsulunun istehsalçısıdırlar. Onlarla yanaşı həmin prosesdə bu media məhsullarının istehlakçıları - auditoriya, yəni qəzet və sayt oxucuları, televiziya tamaşaçıları, radio dinləyiciləri və s. da iştirak edir. Yeni qanun layihəsi hazırlanarkən Azərbaycan Respublikasının Konstitusiyası, qanunvericilik bazası, beynəlxalq qanunvericilik və müxtəlif digər sənədlər nəzərə alınmışdır. Məsələn, Avropa Şurasının “Jurnalistika Etikası” ilə bağlı qəbul etdiyi Qətnamənin müddəalarına uyğun olaraq yeni layihədə bütün tərəflərin, o cümlədən media məhsulu istehlakçısının da maraqları nəzərə alınmış, onların hüquqlarının qorunması təmin edilmişdir.

Hələ Milli Məclisə təqdim edilənədək qanun layihəsinin onlarla media subyektində təqdimatı olmuş və yüzlərlə (800-ə yaxın) jurnalistin iştirakı ilə müzakirəsi həyata keçirilmişdir. Medianın İnkişafı Agentliyi və Milli Televiziya və Radio Şurası tərəfindən layihə ilə əlaqədar bütün suallara və qaranlıq məqamlara aydınlıq gətirilməsi məqsədilə ictimaiyyətlə effektiv kommunikasiya qurulmuşdur və maraq doğuran məqamlara operativ və ətraflı izahlar verilməkdədir.

Bundan əlavə, hazırda ölkədə media sahəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, ifadə azadlığının daha çox təmin edilməsi istiqamətində müvafiq iş davam etdirilir, qanunvericilikdə mövcud olan bəzi tələblərin yumşaldılması imkanları təhlil edilir.

İstənilən ölkədə medianın inkişafının ilkin şərtlərindən biri jurnalistlərin peşəkarlığının artırılması, onların problemləri və ehtiyacları ilə bağlı tədbirlərin görülməsidir. Agentlik bu istiqamətdə istər müstəqil şəkildə, istərsə də yerli və xarici tərəfdaşlarla birgə müntəzəm olaraq müxtəlif təlimlər, treninqlər və digər tədbirlər həyata keçirməkdədir. Bununla yanaşı, Agentlik tərəfindən media subyektlərinin rəhbərləri üçün menecment və idarəetməyə dair xüsusi seminarlar, region mediasının inkişafı ilə bağlı müxtəlif bölgələri təmsil edən media subyektlərinin nümayəndələri ilə videokonfrans formatında görüş təşkil edilmişdir.

Hər bir sahədə olduğu kimi, media sahəsində də peşəkarlığın əsas göstəricilərindən biri peşə etikası faktorudur. Mediada peşə etikasına riayət edilməsi, müəllif hüquqları, məlumatların dəqiqliyi və qərəzsiz obyektiv yanaşmanın təmin edilməsi, əxlaq normalarının gözlənməsi və s. məsələlər peşəkar medianın inkişaf etdirilməsi kontekstində daim diqqətimizdə saxlanılır və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir.

Bildiyiniz kimi, medianın funksiyalarından biri dövlət qurumlarının timsalında dövlətlə cəmiyyət arasında sağlam kommunikasiyanın qurulması, onun fəaliyyəti haqqında informasiyanın ictimaiyyətə doğru çatdırılmasıdır. Bu məqamı vaxtilə hələ ümummilli lider, ulu öndər Heydər Əliyev çox incəliklə duymuş və “mətbuat - dövləti və cəmiyyəti birləşdirən canlı sinirdir” şəklində son dərəcə dəqiq ifadə etmişdir. Biz bu izahı daim diqqətdə saxlayır, mətbuatın fəlsəfəsinin doğru qavranılması üçün onu öz fəaliyyətimizdə rəhbər tuturuq. Bu məsələdə dövlət qurumlarının mətbuat katibləri və ictimaiyyətlə əlaqələr üzrə digər məsul əməkdaşlarının peşəkarlıq səviyyəsi mühüm rol oynayır. Agentlik tərəfindən ADA Universiteti ilə birgə həmin əməkdaşlar üçün xüsusi təlimlər təşkil edilmiş, bu təlimlərə dövlətin həm mülki qurumlarının, həm də hüquq-mühafizə və digər qeyri-mülki orqanlarının müvafiq nümayəndələri cəlb edilmişdir.

Ötən dövr ərzində Agentlik tərəfindən Baş Prokurorluq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi və digər dövlət qurumları ilə müxtəlif layihələr də həyata keçirilmişdir.

Agentlik tərəfindən təşkil edilən və müxtəlif kateqoriyalara istiqamətlənmiş bütün bu tədbirlərin əsas məqsədlərindən biri informasiya və xəbər mühitini sağlamlaşdırmaq, bu sahədə peşəkarlıq səviyyəsini yüksəltmək, jurnalistika peşəsinin cəmiyyətdə nüfuzunu qaldırmaq, onu yüksək keyfiyyət standartlarına uyğunlaşdırmaqla məsuliyyətsiz və qeyri-peşəkar təzahürlərdən azad etməkdən ibarətdir.

Onu da qeyd edək ki, Agentlik tərəfindən jurnalistlərin rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müxtəlif layihələr işlənib hazırlanmaqdadır. Media reyestrinin tətbiqi ilə bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə birgə konkret layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Agentlik fəaliyyətinin əsas hədəflərindən biri kimi media subyektlərinin iqtisadi müstəqilliyinin təmin edilməsi məsələsini daim diqqətdə saxlayır, bu məqsədlə müvafiq təhlil və araşdırmalar aparır, müxtəlif qurumlarla əməkdaşlıq edir. Məsələn bir müddət öncə media subyektləri üçün iqtisadi dəstək mexanizmləri ilə bağlı xüsusi yazılı sorğu keçirilmiş, 100-dən çox media subyektindən təkliflər toplanaraq təhlil edilmiş və həmin təkliflərin İqtisadiyyat Nazirliyi ilə ilkin müzakirəsi aparılmışdır. Media subyektlərinin iqtisadi müstəqilliyi ümumilikdə medianın müstəqilliyinin əsas təminatçısıdır və bu mənada media subyektləri müstəqil sahibkarlıq (biznes) subyekti kimi rəqabətqabiliyyətli olmağı bacarmalıdırlar. Bəzi hallarda, ictimai əhəmiyyət daşıyan, lakin kommersiya nöqteyi-nəzərindən özünü maliyyələşdirə bilməyən ictimai-siyasi, xəbər, idman və uşaq telekanallarına mütəmadi dövlət dəstəyinin göstərilməsi dünyada geniş qəbul olunan bir praktikadır.

Agentlik media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə müntəzəm müsabiqələr təşkil edir. Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq Agentliyin fəaliyyəti dövründə keçirilən müsabiqələrdə ənənəvi çap mediası ilə yanaşı, onlayn media subyektlərinin (xəbər veb-saytlarının) iştirakı üçün də şərait yaradılmışdır. Müsabiqələrin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı digər fərqləndirici məqam ondan ibarətdir ki, ötən ilin iyun ayından başlayaraq fərdi jurnalist müsabiqələrində jurnalistlər çap materialları - məqalələrlə yanaşı, artıq audiovizual media materialları - televiziya süjetləri ilə də iştirak edə bilirlər.

Fəaliyyət dövrü ərzində Agentlik müxtəlif layihələrin həyata keçirilməsinə müvəffəq olmuş, bu layihələr çərçivəsində ADA Universiteti, “Al Jazeera”, “Haber Global”, Türk Əməkdaşlıq Koordinasiya Agentliyi (TİKA), “Anadolu Ajansı”, “Lazarus Training” kimi nüfuzlu qurumlarla etibarlı əməkdaşlıq əlaqələri qura bilmişdir. Tərəfdaşlarla həyata keçirdiyimiz ən yaddaqalan layihələrdən biri kimi Azərbaycanın hərbi reportyorları üçün Türkiyənin Ankara şəhərində təşkil olunan xüsusi təlimlər nümunə göstərilə bilər.

Bu müddət ərzində təşkil edilmiş tədbirlər “Mediada islahatlara doğru”, “Böhran vəziyyətlərində jurnalistika”, “Jurnalistlərin münaqişə zonasında davranışları”, “Qabaqcıl televiziya proqramlaşdırılması”, “Təhlükəli bölgələrdə fəaliyyət”, “Mina partlayışlarında xilas olma və ilkin tibbi yardım”, “Məişət zorakılığı media müstəvisində” (Tvinninq layihəsi), “Media etikası” və s. kimi spesifik mövzuları əhatə etmişdir.

Eyni zamanda, vurğulamaq istərdik ki, Agentliyin bütün layihələri həyata keçirilməzdən öncə xaricdə təhsil almış yüksəkixtisaslı mütəxəssislərimiz, müxtəlif dövlət qurumlarında və özəl sektorda çalışmış peşəkar və təcrübəli əməkdaşlarımız tərəfindən dərindən təhlil edilir, beynəlxalq təcrübəyə əsaslanaraq optimal həllər verilməklə hazırlanır.

Agentlik ölkədə baş verən hadisələri, sosial sifarişi diqqətində saxlamaqla hər zaman cəmiyyətin tələblərinə adekvat cavab verməyə çalışır. Qəhrəmanlarımıza xüsusi sevgi və hörmət əlaməti olaraq, Vətən müharibəsində qazanılmış Zəfərin birinci ildönümü ərəfəsində “44 günlük tarix yazan media qəhrəmanları” adlı layihə çərçivəsində silsilə videoçarxlar hazırlanmışdır. Agentlik, eyni zamanda, bu münasibətlə “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Azərbaycan Fotoqraflar Birliyi (AFB) və Media Təhlil Mərkəzi (MTM) ilə birgə “Vətən müharibəsi - qələbənin simaları” adlı fotomüsabiqə təşkil etmişdir.

Bildirmək istərdik ki, Agentlik gəncləri də unutmur, media sahəsində gənc kadrların yetişdirilməsi və istedadlı gənclərin bu sahəyə cəlb edilməsi məqsədilə müxtəlif layihələr həyata keçirir. Bu istiqamətdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə sıx əməkdaşlığımız davam etdirilir. Əlavə olaraq, Agentlik media sahəsinə maraq göstərən istedadlı və təşəbbüskar gəncləri cəlb edərək “Media könüllüləri” layihəsi hazırlamış və həmin layihə çərçivəsində 2 aylıq xüsusi “MEDİA könüllüləri üçün peşəkar inkişaf təlimləri” proqramını təşkil etmişdir.

Medianın İnkişafı Agentliyi media sahəsində beynəlxalq əməkdaşlıq layihələrində yaxından iştirak edir, ikitərəfli və çoxtərəfli formatda münasibətlərin qurulması və gücləndirilməsinə xüsusi diqqət ayırır. Buna misal olaraq Türk Dövlətləri Təşkilatı, Türkiyə-Azərbaycan ortaq media platforması layihələrini göstərmək olar.

Yarandığı qısa müddət ərzində Agentlik Bakıda keçirilən o zaman hələ TDƏŞ adlanan təşkilata üzv dövlətlərin informasiya və media üzrə məsul nazirlərinin 3-cü toplantısı, Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən “2021: Dünya yeni mənalar axtarışında” mövzusunda XVII Avrasiya Media Forumu, Rusiyanın Həştərxan şəhərində keçirilən VI Xəzər Media Forumu və İstanbul Media Forumu kimi müxtəlif nüfuzlu beynəlxalq tədbirlərdə təmsil edilmişdir. Bununla yanaşı ötən ilin ən diqqətəlayiq beynəlxalq tədbirlərindən biri sentyabr ayında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin media nümayəndələri üçün Azərbaycana, o cümlədən onun işğaldan azad edilmiş ərazilərinə təşkil edilmiş mediatur olmuşdur. Həmin mediaturda iştirak edən çoxsaylı beynəlxalq media nümayəndələri sonradan öz dövlətlərinin media resurslarında səfər təəssüratlarını bölüşərək geniş materiallarla çıxış etmiş, burada tanış olduqları Azərbaycan həqiqətləri ilə bağlı öz ölkələrinin və daha geniş auditoriyanı tanış etmişdilər.

Beynəlxalq münasibətlərimizin əhatə dairəsinin istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar səviyyəsində yaxın zamanda genişləndirilməsi istiqamətində hazırda konkret əməli işlər davam etdirilir.

Yuxarıda qeyd etdiyimiz kimi media prosesi əslində kifayət qədər geniş bir anlayışdır və bu prosesdə bir sıra müxtəlif iştirakçılar təmsil olunur. İstehsal olunduqdan sonra, media məhsulunun istehlakı mərhələsində onun məzmunu ilə yanaşı, istehlakçısının savadı, ictimai mənşəyi, peşəsi, mədəni səviyyəsi, dünyagörüşü, intellektual bacarığı, tənqidi yanaşması, müstəqil düşünmə qabiliyyəti və digər keyfiyyətləri əhəmiyyətli rol oynamağa başlayır. Bunu nəzərə alaraq Agentlik tərəfindən media məhsulları və informasiyanın istehlakçısı olan auditoriyanın media savadlılığının yüksəldilməsi istiqamətində müəyyən tədbirlər nəzərdə tutulmuşdur. Məsələn, bu istiqamətdə Baş Prokurorluqla birgə “Media və hüquqi maarifləndirmə” vəsaiti hazırlanaraq ictimaiyyətə təqdim edilmişdir.

Yaxın gələcəkdə media subyektlərinin iqtisadi müstəqilliyi, jurnalist və qeyri-jurnalist olan media nümayəndələrinin peşəkarlığının artırılması, region mediasının inkişafı, mediada reklam məsələləri, rəqəmsal media və gənclərlə bağlı müxtəlif layihələrin, sahəvi jurnalistikanın müxtəlif istiqamətləri üzrə xüsusi tədbirlərin işlənib hazırlanması nəzərdə tutulur.

Agentlik şəffaflıq prinsipini daim rəhbər tutaraq fəaliyyətini media nümayəndələri üçün maksimum açıq şəkildə təşkil etməyə çalışır. Ötən dövr ərzində qurum nümayəndələrinin 250/300 açıqlama müsahibəsi yayımlanmış, 100-dən çox özəl reportaj, 500-ə yaxın post, 200-ə yaxın pres-reliz, məlumat bülleteni və bəyanat hazırlanmışdır. Bu günə qədər Agentliyin təlim, seminar və digər layihələrinə 60-dan çox təlimçi, 350-dən çox media nümayəndəsi cəlb edilmişdir.

Biz fəaliyyətimizi cəmiyyətlə bölüşməkdən, onların mediaya olan marağına uyğun yeni layihələr təqdim etməkdən böyük məmnunluq duyuruq. Fürsətdən istifadə edərək oxucuları xüsusi proqram vasitəsilə hazırladığımız xüsusi layihələrlə tanış olmağa - milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xatirə muzeyini və “Milli Mətbuat Tariximizin inciləri” sərgisini rəsmi saytımızda virtual şəkildə ziyarət etməyə dəvət edirik.

Sonda qeyd etmək istərdik ki, Agentlik mediaya, media subyektlərinə, jurnalistlərə, media ekspertlərinə, media sahəsinə maraq göstərən gənclərə və ümumilikdə cəmiyyətə hər zaman açıqdır. Biz səmərəli əməkdaşlıq təkliflərinizi və mediamızın inkişafına töhfə verə biləcək konstruktiv ideyalarınızı məmnuniyyətlə dəyərləndirməyə hazırıq.

İnanırıq ki, həyata keçirilən islahatlar tezliklə öz müsbət nəticələrini göstərəcək və mediamız müasir dövrün tələblərinə uyğun olaraq açıq rəqabətli qlobal informasiya mühitində öz layiqli yerini tutacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: Son çempion "Sabah" ilk oyununa çıxır

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

Media: NATO-nun müdafiə planındakı uğursuzluq Ukraynaya çətinlik yaradır

Pekindən Mançesterə uçan təyyarə Krasnoyarskda təcili eniş edib

Kolumbiyada mədəndə partlayış nəticəsində 6 nəfər həlak olub

Rusiya-Şimali Koreya sərhədində körpü tikintisi başa çatır

Tramp: İranı məhv etmək istəmirik, amma hər şeyə qadirik

Braziliyadakı sarı qızdırma epidemiyasının səbəbi tapılıb

Texasdakı qəzadan sonra ABŞ-də “Apache” helikopterlərinin uçuşları dayandırılıb

İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub

Qərbi Afrikada iqlim fəlakəti: 32 milyon insan evini tərk edə bilər

ABŞ Bolqarıstana “F-16 “qırıcılarının çatdırılmasını 2030-cu ilə qədər təxirə salır

Qazaxıstandakı beynəlxalq toplantıda Azərbaycanın gənc yol müfəttişləri ölkəmizi təmsil edirlər

Tramp Kamala Harrisin sərhəd siyasətini tənqid edib

Türkiyə Superliqası: "Qalatasaray" mövsümə xal itkisi ilə başlayıb

Kanada İranın 5 yüksəkvəzifəli şəxsini sanksiya siyahısına saldı

Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb YENİLƏNİB

“Kapellhaus Garden Hall”: Ulduzlu səma altında klassik musiqi səslənib

"Bloomberg": ABŞ Kubaya qarşı iqtisadi təzyiqləri gücləndirir

Güclü leysan Tbilisi və ətraf bölgələrdə ciddi fəsadlar törədib

Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində

Rəcəb Tayyib Ərdoğan: AK Parti – Türkiyənin uğurlarının əsas hərəkətverici qüvvəsidir

Almaniyanın altı əyalətində meşə yanğınları baş verib

Böyükşor gölündə yaşıl rəngli kütlə müəyyən edilib – laborator analizlər aparılır

FHN: Qubadakı zəlzələ nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb

Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsinin nəticələri açıqlanıb

“Neftçi” fransalı futbolçu ilə yollarını ayırıb

Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib

Quba rayonunda zəlzələ baş verib

Tacikistanda tərkibində şəkər olan içkilərə vergi tətbiqi imkanları araşdırılır

“Beşiktaş” yeni transferi Duşan Vlahoviçi ictimaiyyətə təqdim edib

Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Almaniya və İtaliya arasında sığınacaq axtaran şəxslərin qəbulu ilə bağlı fikir ayrılığı yaranıb

Binəqədidə ağacların kəsilməsi nəticəsində təbiətə 39 min manatdan çox ziyan dəyib

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub

Bu saata olan əsas xəbərlər

Fransada 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması əngəllənib

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlanıb

Siyasi şərhçi: Naxçıvan blokadadan tranzit və enerji qovşağına çevrilmə mərhələsinə qədəm qoyur

Azərbaycan iyun ayında Türkiyəyə qaz tədarükçüləri siyahısına başçılıq edib

AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olub

Mərkəzi Aran regionunda kibertəhlükəsizlik üzrə təlimlər davam edir

İğdırda Ermənistanın köhnəlmiş AES-i ilə bağlı məsələyə diqqət çəkdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirlər

Ötən ilin büdcəsində “Ətraf mühitin mühafizəsi” sektoru üzrə vəsaitin 67,7 faizini yerli icra hakimiyyəti orqanları xərcləyib

AKİA-nın sədri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib

Nəticəəsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlar üzrə 2025-ci il üçün monitorinqin nəticələri açıqlanıb

Ayxan Abbasov: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb

Bakı, Sumqayıt və Abşeronda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Vaşinqtonda “Çolpon-Ata Sammiti və Trans-Xəzər əməkdaşlığında növbəti addımlar” mövzusunda tədbir təşkil edilib

Naxçıvan Azərbaycanın siyasi, geostrateji və təhlükəsizlik maraqları baxımından böyük əhəmiyyətə malikdir

Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub

Ötən il kənd təsərrüfatı sektoruna ayrılan vəsait açıqlanıb

Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb

“İdman TV” yeni mövsümdə nüfuzlu futbol yarışlarını yayımlayacaq

Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü təşkil olunub

Bu il baş tutan elektron satınalmalar nəticəsində büdcədə qənaət edilmiş məbləğin həcmi açıqlanıb

Üçüncü ixtisas qrupunda 15 min 553 plan yeri ayrılıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Qazaxıstanda elektrik enerjisinin verilişi bərpa olunur – YENİLƏNİB

Daşınmaz əmlak üzrə texniki pasport və ipoteka müqavilələrinin sayı açıqlanıb

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Yeddi ayda 207 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İkinci ixtisas qrupunda 500-600 bal arasında nəticə göstərən abituriyentlərin sayı açıqlanıb

“Araz-Naxçıvan” daha 2 futbolçu transfer edib

Naxçıvanın iqtisadi inkişafında yeni mərhələ: investisiyadan regional bağlantılara ŞƏRH

Ekoloq: Şəhər mühitində yaşıllıq sahələrinin artırılması vacibdir

Bakıda badminton üzrə beynəlxalq turnirə start verilib

Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Qazaxıstan XİN-ə təqdim edib

Günay Əfəndiyeva: Azərbaycan ilə Çini qədim tarix və mədəni irsə ehtiram birləşdirir

Rəssamlıq Akademiyası rəqəmsal transformasiya və yaradıcı sənayenin inkişafını prioritet elan edir

İnformasiya və rabitə xidmətləri 10,4 faiz artıb

Naxçıvan - Azərbaycanın regional siyasətində strateji dönüş nöqtəsi

Bakıda Çinin “İrs Keşikçisi” sənədli filminin təqdimatı olub VİDEO

Bakıda Çinin “İrs Keşikçisi” sənədli filminin təqdimatı olub VİDEO

Yeddi ayda nəqliyyat və anbar təsərrüfatı sahəsində 9,2 milyard manatlıq xidmət göstərilib

“Yalama” sərhəd komendantlığı xidməti istifadəyə verilib VİDEO

“Yalama” sərhəd komendantlığı xidməti istifadəyə verilib VİDEO

Naxçıvanda iqtisadi inkişafla yanaşı, şəhid ailələrinə dövlət qayğısı da xüsusi diqqət mərkəzindədir RƏY

Samir Əliyev: “Qarabağ” mərhələ adlayaraq öz işinin öhdəsindən gəldi

Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?

Van Lu: “İrs Keşikçisi” filminin Azərbaycan dilində təqdim olunması iki xalq arasında mədəni dialoqun gözəl nümunəsidir VİDEO

Van Lu: “İrs Keşikçisi” filminin Azərbaycan dilində təqdim olunması iki xalq arasında mədəni dialoqun gözəl nümunəsidir VİDEO

“CITIC Group” şirkətinin Bakıdakı süni intellekt hesablama platforması layihəsində iştirakı dəyərləndirilib

Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil

Prezident İlham Əliyevin Naxçıvana səfəri daha geniş siyasi və geostrateji məzmun daşıyır ŞƏRH

Səfir: Çin Radio və Televiziya Mərkəzi Azərbaycan mediasına bir sıra proqramlar təqdim edəcək VİDEO

Səfir: Çin Radio və Televiziya Mərkəzi Azərbaycan mediasına bir sıra proqramlar təqdim edəcək VİDEO

® “Trendyol” "CEV EuroVolley 2026 Women"in titul sponsorudur

“Mançester Siti” Enzo Fernandes üçün “Çelsi”yə 120 milyon avro təklif edib

İkinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

“Qarabağ”ın “Tvente” ilə səfər oyununa hakim təyinatları açıqlanıb

Ekspert: Azərbaycanda metal istehlakında artım 2035-ci ilədək davam edəcək

Abituriyent məsləhət mərkəzləri həftəsonu da fəaliyyət göstərəcək

Alim: Naxçıvanın qapıları açıldıqca onun qədim tarixini dünyaya daha yaxından tanıdacağıq

İkinci ixtisas qrupunda 16 min 30 plan yeri ayrılıb

Əliyar Ağayev Mahir Emrelinin çıxış etdiyi komandanın oyununa təyinat alıb

Naxçıvanın tarixi siması olan Möminə xatun türbəsi keçmişlə gələcək arasında möhkəm körpüdür - REPORTAJ VİDEO

Naxçıvanın tarixi siması olan Möminə xatun türbəsi keçmişlə gələcək arasında möhkəm körpüdür - REPORTAJ VİDEO

Nursu – Məmməd Arazın doğma yurdunda tarixlə gələcək qovuşur

Rəssam və şair Nazim Şahın “13-cü dua” adlı fərdi sərgisi açılıb

Lənkəranda sakinlərin su və kanalizasiya ilə bağlı müraciətləri dinlənilib