Məhkəmə qərarı: Cinayətkarlar layiqli cəzalarını aldılar VİDEO
Bakı, 5 fevral, AZƏRTAC
Münaqişələr, müharibələr bitir, amma xalqlara qarşı törədilən insanlıq əleyhinə ağır cinayətlər unudulmur. Tarix göstərir ki, bir çox hallarda müharibə cinayətkarları ya uzun illər sonra cəzalandırılır, ya da ümumiyyətlə cəzasız qalır. Bu istiqamətdə prinsipial mövqedən çıxış edən və müharibədən xeyli müddət sonra belə cinayətkarları müxtəlif ölkələrdə taparaq onların cəzalandırılmasına, mühakimə edilməsinə nail olan dövlətlər də var. İsrail də məhz belə ölkələrdəndir. İkinci Dünya müharibəsindən sonra milyonlarla yəhudinin məhvində iştirak etmiş nasist rejiminin əsas simalarından olan Adolf Eyxmanın Argentinada tapılaraq İsrailə gətirilməsi, onun açıq məhkəmədə mühakimə olunması buna nümunədir. Azərbaycan da müharibədən sonra ərazilərinin işğalı, müharibə cinayətləri, soyqırımı və digər cinayətlər törətmiş caniləri ədalət məhkəməsi qarşına çıxardı. Bütün kənar, əsassız təsir və təzyiqlərə baxmayaraq bunu etdi.
Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [19:47]
Berlin 33-cü beynəlxalq meyvə-tərəvəz sərgisində ölkəmiz də təmsil olunur
- 05.02.2026 [19:39]