SİYASƏT
Mehmet Süreyya Er: TürkPA regional və beynəlxalq təşkilatlarla geniş əlaqələr qurub
![Mehmet Süreyya Er: TürkPA regional və beynəlxalq təşkilatlarla geniş əlaqələr qurub](/files/2023/3/1200x630/17005684174184812386_1200x630.jpg)
Bakı, 21 noyabr, AZƏRTAC
TürkPA-nın gördüyü işlər üzv dövlətlər tərəfindən hər zaman dəstəklənir. TürkPA regional və beynəlxalq təşkilatlarla geniş əlaqələr qurub, münasibətlərini genişləndirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri TürkPA-nın Baş katibi Mehmet Süreyya Er Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) 15 illiyinə həsr olunmuş konfransda söyləyib.
Mehmet Süreyya Er bildirib ki, Türk dünyasında cərəyan edən proseslərdə TürkPA fəallıq nümayiş etdirir.