Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mehriban Əliyeva: Mən sizin sevginizi hiss edəndə daha inamlı oluram

Mehriban Əliyeva: Mən sizin sevginizi hiss edəndə daha inamlı oluram

Bakı, 26 avqust, AZƏRTAC

Media Təhlil Mərkəzi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günü ilə bağlı məqalə hazırlayıb.

AZƏRTAC məqaləni təqdim edir: “Azərbaycanın birinci xanımı Mehriban Əliyeva illər əvvəl Prezident İlham Əliyevə doğum günü münasibətilə arzularını bu cür ifadə etmişdi: “Mən ona Qarabağ düyününü açmaq üçün səbir arzulayıram. Mən inanıram ki, bu yolda İlham Əliyev qələbəni əldə edəcək!”. Əslində, bütün azərbaycanlıların ortaq hisslərini və duyğularını ehtiva edən bu sözlər o zaman müstəqillik tariximizin də, xalqımızın da ən böyük arzusu kimi səslənirdi. O vaxta qədər Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsinin əsl mahiyyətini öz layihələri ilə beynəlxalq miqyasda təbliğ edən xanım Mehriban Əliyevanın Prezidentə ünvanladığı bu arzunun mahiyyətində hər bir fərdin, bütövlükdə xalqın müqəddəs hədəfi dayanmışdı: Qarabağ işğaldan mütləq azad olunacaq!..

Otuzillik düyün həmin təbrikin yazılmasından cəmi 6 il sonra açıldı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 30 ildir canımızı boğazımıza yığan işğala son qoyurdu, biz milli maraqlara söykənən dövlətçilik fəlsəfəsinin təntənəsini yaşayaraq hədəflərimizə qovuşurduq, Vətən bütövləşirdi, dövlətin və xalqın qələbə ruhu Azərbaycan tarixinin ən parlaq səhifələrini yazırdı. Müharibənin başlanmasından iki gün sonra xanım Mehriban Əliyeva sosial şəbəkə paylaşımında bütün xalqın qəlbindən keçənləri bir cümlədə dəqiq ifadə etmişdi: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!..”. Nəhayət birinci xanımın Prezidentə arzuladığı səbir qalib gəlmişdi və bu Qələbə bizi bir xalq kimi tariximizin, taleyimizin qürurverici məqamına yüksəltmişdi – müqəddəs Qarabağ torpağına yollar açılmışdı.

İndi tarixi Qələbədən dörd il ötür. Bu illərdə müstəqilliyin övladlarının azad etdikləri torpaqlarda Prezident İlham Əliyevin başlatdığı quruculuq siyasətinin ən fəal iştirakçılarından biri məhz xanım Mehriban Əliyevadır. Onun azad olunmuş torpaqlarda həyata keçirdiyi çoxsaylı layihələr Qarabağa öz simasını, milli kimliyini qaytarır. Şuşada muğam səslənir, “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri keçirilir. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu azad edilmiş ərazilərdə tarixi abidələri yenidən qurur, milli yaddaşı dirildir, bu torpaqlarda illərlə dağıdılan Azərbaycan izini bərpa edir, ona nəfəs, həyat verir. Qarabağın quruculuq kursunu onun zövqü və nəciblik prinsipləri zənginləşdirir. Mehriban Əliyevanı xalqa sevdirən həm də bu təəssübkeşliyidir, vətənpərvərliyidir, milli duyğularıdır.

2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilən Mehriban Əliyevanın ona qədər də, ondan sonra da əsas missiyası Prezidentin və xalqın etimadını doğrultmaq olub. Bu, onun fəaliyyətinin dəyişməz faktıdır. Bu prinsipi formalaşdıran isə xalqın ona olan sonsuz rəğbətidir. Ona görə də Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi, ilk növbədə, cəmiyyətin sosial sifarişi, Prezidentin ölkədə başlatdığı islahatlar prosesinə ən böyük töhfə idi. Çünki Mehriban xanımın yüksək təşkilatçılıq qabiliyyəti, səriştəsi onun peşəkarlığının dövlət idarəçiliyinə də tətbiqini zərurətə çevirmişdi. Yeni vəzifəsinə başladığı ilk günlərdən o, bir daha sübuta yetirdi ki, Azərbaycan xalqının və dövlətinin maraqlarını beynəlxalq miqyasda qoruyur, xalqın mədəni-siyasi və tarixi-ictimai maraqlarını heç vaxt arxa plana keçirmir, parlaq dövlət xadimi kimi müasir Azərbaycan qadınının ictimai-siyasi obrazını uğurla təcəssüm etdirir, uğurlu fəaliyyəti ilə ölkəmizin siyasi-iqtisadi, sosial-mədəni tərəqqisinə töhfə verir. Birinci xanım ən çox qayğıya ehtiyacı olan insanları axtarır, onlara kömək etməyi özünün bir nömrəli borcu bilir. Mehriban xanım diqqətini, ilk növbədə, həssas təbəqəyə yönəldir, qaçqınların və məcburi köçkünlərin həyat və yaşayış şəraitinin yaxşılaşdırılmasını fəaliyyətinin prioriteti elan edir. “Mən sizin sevginizi, dəstəyinizi hiss edəndə daha inamlı oluram. Mənim üçün böyük şərəfdir ki, insanlar mənə dəstək verir, məni sevir, mənə inanır” deyən Birinci vitse-prezident bu kateqoriyadan olan insanlarda Vətən imanını ölməyə qoymadı, dövlətin hər zaman onların arxasında dayandığını göstərdi. Həm də təsdiqlədi ki, o, öz ölkəsini yaxşı tanıyır və Vətənə xidmət etməyin bütün meyarlarını çox gözəl bilir.

2004-cü ildə Heydər Əliyev Fondunun fəaliyyətə başlaması Azərbaycanda böyük ənənələri, tarixi olan xeyriyyəçilik məktəbinin yenidən dirçəlməsinə və yaşadılmasına çox ciddi təkan verdi. Heydər Əliyev Fondu yarandığı gündən bütün diqqətini cəmiyyəti narahat edən, Azərbaycan vətəndaşlarının həyatı, sağlamlığı, təhsili ilə bağlı olan sahələrə yönəltdi. Məqsədlər o qədər aydın və ali idi ki, qısa vaxtda Heydər Əliyev Fondu yardıma ehtiyacı duyan hər bir kəsin ümid yeri və istinadgahına çevrildi. Mehriban xanım deyir ki, “cəmiyyətdə bütün ağır, çətin problemləri xeyirxahlıqla, insansevərliklə, mərhəmətlə həll etməyə çalışmaq lazımdır. Bu, vətəndaş cəmiyyətinin formalaşmasında ən əsas şərtlərdən biridir”. Bu cəmiyyəti formalaşdırmaq isə gələcəyimiz olan uşaqlara diqqət və qayğıdan başladı. Mehriban Əliyeva xeyirxahlığın və mərhəmətin ilk ünvanı kimi uşaqları seçdi. Uşaq evləri, internat məktəbləri yenidən quruldu, onların maddi-texniki bazası möhkəmləndirildi. Uşaq evlərində tərbiyə alan və 18 yaşı tamam olmuş qızların mənzillərlə təmin edilməsi ilə bağlı çox mühüm problem həllini tapdı. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də müasir tariximizin ən böyük sosial hadisələrindən birinə çevrildi. Bundan əlavə, Heydər Əliyev Fondu “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” proqramlarını reallaşdırdı. Mehriban xanım deyir ki, “Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”.

Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizin əsas qoruyucusu kimi dini ocaqların bərpasına xüsusi diqqət yetirdi. “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində həm İslam, həm də başqa dinlərə mənsub müqəddəs ocaqlar bərpa olundu. O, Azərbaycandakı idman hərəkatına da dəyərli töhfələr verdi. Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edən Mehriban xanım 2015-ci ildə keçirilən Birinci Avropa Oyunlarının və 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinə rəhbərlik edib. İkiillik qısa fasilə ilə Bakıda keçirilən və proqramı vətənpərvərlik məzmunu ilə zəngin olan bu beynəlxalq idman yarışları Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyəti sayəsində dünyada böyük rəğbət qazanıb və keyfiyyət standartı ilə seçilib.

Birinci xanım, eyni zamanda, xaricdə həyata keçirdiyi uğurlu layihələri ilə beynəlxalq miqyasda böyük hörmət və nüfuz qazanıb. O, Romada Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasında, Luvr muzeyində İslam incəsənəti bölməsinin yaradılmasında, Strasburq Kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərəsinin, Berlin qəsrinin, Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasında və bu kimi digər çoxsaylı layihələrin icrasına dəstək verib. Onun xidmətləri sayəsində Azərbaycan Vatikanda mədəni dəyərlərinin nümayiş olunduğu sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düşüb.

“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyənləşdirir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi və dərk edilmiş məsuliyyətin imkan verir. Kimsənsə elə də olmalısan. Bax, budur bizim həyatımız!”, - deyən Mehriban Əliyeva Azərbaycan tarixinə xalqına sonsuz məhəbbəti, gördüyü əzəmətli quruculuq işlərinin miqyası və xeyriyyəçilik əməlləri ilə daxil olub. Çünki Mehriban xanım Əliyeva xeyirxahlıq yolunu seçib, yardıma ehtiyac duyan hər kəsin yanında olmaq, insanlara yaxşılıq etmək onun həyat amalıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli musiqi gecəsi - “Balabanın sehrində”

İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır

ABŞ, Meksika və Kanada futbol üzrə dünya çempionatında Ebola epidemiyası ilə bağlı səyahət məhdudiyyəti elan edib

Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan

Federasiyanın icraçı vitse-prezidenti: “Sea Breeze Marina” yaxta klubu Azərbaycanda su idman növlərinin inkişafı üzrə yeni məkana çevriləcək

BMT-nin Baş katibi üzv ölkələri maliyyə öhdəliklərini yerinə yetirməyə çağırıb

Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

Norveç nəşri Osloda Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdən yazıb

Pakistanın xarici işlər naziri Vaşinqtonda İran münaqişəsinin həlli ilə bağlı məsləhətləşmələr aparacaq

Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub

“Elə bildim öz doğma balam gəlib...” – Böyük Qaladərəsi kəndindən reportaj

"Qəbələ" Premyer Liqada qalıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb

Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO

Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO

“Opera Günləri” “Koroğlu” ilə başladı: səhnədə qəhrəmanlıq və sənət ahəngi

Milli Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda çıxış edir

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

Bu saata olan əsas xəbərlər

Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Qazaxıstan NVIDIA texnologiyalarına əsaslanan superkompüterləri istifadəyə verib

Laçında Müstəqillik Günü musiqi və rəqslə qeyd edilib

Azərbaycan Ordusunda Qurban bayramı və Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

İsveç övladlığa götürülmüş uşaqlar üçün dəstək mərkəzi yaradacaq

ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar

Mer Muriyel Bauzer 28 mayı Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib

Qlobal istiləşmə Avropada ekstremal hava şəraitini gücləndirir

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər

Cəlilabadda 18 yaşlı gənc suda boğulub

ADU-da Çin Elm və Texnologiya İşçiləri Günü qeyd edilib

Könüllülər Müstəqillik Gününü silsilə tədbirlərlə qeyd ediblər

Aİ Ukraynaya 2,8 milyard avroluq yeddinci maliyyə tranşının ayrılmasını təsdiqləyib

Şotlandiyadakı icma görüşünə böyük maraq göstərilib

Tatyana Srebnaya: Su idmanı xarakter və komanda ruhu tələb edir

Türkiyədən 28 May münasibətilə təbrik mesajları: “Bir millət, iki dövlət”

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

“Sea Breeze Marina” mövsümü reqata və digər su idmanı növləri ilə açıb

“Zirvəyə doğru qaçış" yarışında mindən çox idmansevər mübarizə aparıb

Qazaxıstanın Azərbaycan diasporu Müstəqillik Gününü qeyd edib

Naxçıvan-Ordubad magistral avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan-Ordubad magistral avtomobil yolu asfaltlanır VİDEO

Dövlət Sərhəd Xidmətində Müstəqillik Gününə həsr olunmuş tədbirlər təşkil edilib

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub

Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin şanlı zirvəsidir RƏY

Belarus Milli Kitabxanası Azərbaycan bayrağı rənglərinə bürünüb

BMT: Ukraynada bu ilin dörd ayında 815 mülki şəxs həlak olub

Gürcüstan və Türkiyə rəsmiləri Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər

Keniyada internat məktəbində baş verən yanğında 16 şagird ölüb

Rumın dilinə tərcümə olunmuş “Heydər Əliyev. Həyatının 100 anı” kitabının təqdimatı olub

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub YENİLƏNİB

Burhanettin Duran: Əməkdaşlığımız regional sabitlik üçün önəmlidir

Küveyt raket və PUA hücumuna məruz qalıb

Azərbaycan minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq- Xəbərdarlıq

KOBİA: Azərbaycan məhsulları premium seqmentdə öz yerini tutmaqdadır - MÜSAHİBƏ

Dövlətimizin günü-gündən artan uğurları Azərbaycan Xalq Cümhuriyyətinə bir ithafdır - ŞƏRH

Çin və Serbiya valyuta mübadiləsi müqaviləsini yeniləyib

Ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satış və kəsim xidmətləri davam etdirilib

Şahin Bayramov: Qarabağ Universitetinin fəaliyyəti müstəqil dövlətimizin qüdrətinin mühüm göstəricisidir

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırır

Müstəqillik Günü münasibətilə Varşavada rəsmi qəbul təşkil olunub

Şəki teatrı bayram günlərində məktəbli tamaşaçıları yeni tamaşa ilə sevindirir

Müqəddəs Taxt-Tacda 28 May – Müstəqillik Günü qeyd olunub

"Sabah" slovakiyalı hücumçu ilə vidalaşıb

Prezident İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi

Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir

AQTİ-nin səyyar laboratoriyaları Cəbrayıl və Füzulidə operativ xidmət göstərib

Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir

Bakıdan bölgələrə iki gün ərzində 20 minə yaxın sərnişin daşınıb

Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb YENİLƏNİB VİDEO

Vyanada “Kəlbəcərin zərif irsi – məfrəş“ adlı xüsusi moda nümayişi təşkil olunub

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib VİDEO

Çin Avropa İttifaqının yeni polad tariflərinə dair danışıqlar aparır

Batumidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Milli Müdafiə Nazirliyi: İstiqlal ruhu Türkiyə və Azərbaycan xalqlarının qəlbində yaşayır

Həssas enerji birjalarının hər hansı bəyanata reaksiyası gecikmir

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB VİDEO

Yaponiya parlamenti milli kəşfiyyat bürosunun yaradılması ilə bağlı qanun qəbul edib

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yeni aqrar inkişaf strategiyasında əsas mərkəzlərdən birinə çevrilir - ŞƏRH

Numan Kurtulmuş: Ümidvaram ki, Azərbaycanın müstəqilliyi əbədi olacaq

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib VİDEO

BMT: Qlobal temperatur 2030-cu ilə qədər rekord həddə qalacaq

Avropa Mərkəzi Bankı inflyasiyanın davam edəcəyi qənaətindədir

Almaniya XİN Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

Ukraynanın vitse-spikeri: Bu yay Bakı daha 120 ukraynalı uşağı qarşılayacaq

İstilik dalğaları Almaniya iqtisadiyyatına 100 milyard avrodan çox zərər vura bilər

Dünyanın “ən yaxşı turizm kəndi” - Xınalıq VİDEO

Dünyanın “ən yaxşı turizm kəndi” - Xınalıq VİDEO

Türkiyədən qardaş Azərbaycana daha bir bayram təbriki

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı baş tutacaq

Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

Dövlət Bayrağı Muzeyi: tarix, qürur və zəfər VİDEO

Dövlət Bayrağı Muzeyi: tarix, qürur və zəfər VİDEO

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubbdan