Məişət soyuducularının idxalı artıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə bu ilin müvafiq dövründə mühüm məhsul növlərindən məişət kondisionerlərinin idxalı 36,8 faiz artıb, məişət soyuducuları 35,3 faiz, paltaryuyan maşınların idxalı isə 33 faiz azalıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, cari ilin səkkiz ayında hesablama maşınları, blok və qurğularının idxalında isə 28,4 faiz artım müşahidə olunub.
Qeyd edək ki, idxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:32]
İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV-yə və AZƏRTAC-a müsahibə verib
- 10.06.2026 [13:24]
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
- 10.06.2026 [13:19]
Qlobal LNG ticarəti ötən il 5 faiz artıb
- 10.06.2026 [13:18]
Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb
- 10.06.2026 [12:56]