Məkkədə Həcc ziyarəti ilə bağlı zəvvarları aldadan qrupun üzvləri həbs edilib
Bakı, 14 may, AZƏRTAC
Səudiyyə Ərəbistanının Məkkə bölgəsinin polisi potensial zəvvarları aldatmaq üçün sosial media platformalarında saxta və aldadıcı Həcc kampaniyası elanları dərc edən üç nəfəri həbs edib.
AZƏRTAC “Saudi Gazette” nəşrinə istinadla xəbər verir ki, polisin məlumatına görə, dələduzlar zəvvarları Mina, Müzdəlifə və Ərafat müqəddəs məkanları daxilində yerlə təmin edəcəkləri və onlara nəqliyyat xidmətləri göstərəcəkləri barədə yalan vədlər veriblər. Məkkə prokurorluğu onlara qarşı qanuni tədbirlərin görüldüyünü və cinayət işinin başlandığını bildirib.
Məkkənin İctimai Təhlükəsizlik Departamenti Səudiyyə Ərəbistanı vətəndaşlarını və əcnəbiləri sosial şəbəkələrdə Həcc ziyarətinin başqalarının adından yerinə yetirilməsinin asanlaşdırılması, zəvvarlar üçün elektron qolbaqların satışı, onlara qurbanlıq heyvanların və nəqliyyat vasitələrinin təqdim edilməsi və kəsilən qurbanların ətlərinin paylanması iddiaları ilə bağlı saxta reklamlara cavab verməməyə çağırıb. Şəhər rəsmiləri qeyd edirlər ki, fırıldaqçılara qarşı heç bir güzəşt olmayacaq və onların əməlləri ilə bağlı qanunla nəzərdə tutulmuş sərt cəza tədbirləri görüləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]