Məktəb direktorluğuna namizədlər Qubada imtahan verib
Quba, 21 noyabr, Elxan Yusifli, AZƏRTAC
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-dən 500 nəfərədək olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanda Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonları üzrə ümumilikdə 42 nəfər namizəd iştirak edib.
Namizədlərə 80 dəqiqə ərzində tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla 45 test tapşırığı təqdim olunub.