Məktəbdə Ulu Öndərə həsr olunmuş tədbir: “Qızıl örnək”
Bakı, 10 may, AZƏRTAC
Bakıdakı Faiq Rzayev adına 150 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Qızıl örnək” adlı tədbir keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Sübhan Talıblı, YAP Yasamal rayon Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Fərid Mustafayev və digər çıxış edənlər Ümummilli Liderin zəngin həyat və fəaliyyətindən, Azərbaycanın inkişafındakı rolundan və böyük xilaskarlıq missiyasından söz açıblar.
Daha sonra şagirdlər Ulu Öndərə həsr olunmuş şeir və mahnılar ifa ediblər.
Məktəbin direktoru Pərvanə Səfərova çıxış edərək tədbirin təşkilində əməyi olanlara və iştirakçılara minnətdarlığını bildirib, qonaqlara təşəkkürnamələr təqdim edib.