MƏNALI ÖMÜR YOLU KEÇMİŞ NEFT MAŞINQAYIRMA MÜTƏXƏSSİSİNİN XATİRƏSİ YAD EDİLMİŞDİR
Cəmiyyətin idarə heyətinin sədri Əli Qaraxanov, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Dövlət Neft Şirkətinin 1-ci vitse–prezidenti Xoşbəxt Yusifzadə və başqaları neft mədənlərində sıravi operatorluqdan, Azərbaycan KP Mərkəzi Komitənin katibi vəzifəsinə qədər ucalmış Firidun Əliyevin zəngin həyat yolundan danışmış, onun zəhmətkeş, bacarıqlı təşkilatçı olduğunu, özünə və ətrafdakılara qarşı münasibətdə tələbkarlığını, sadəliyini xüsusi vurğulamış, xatirələrini danışmışlar.
Həyat yoldaşı Roza Əliyeva ailəsi adından F.Əliyevin xatirəsinə göstərilən ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.