Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməyib
Bakı, 29 iyul, AZƏRTAC
Pul siyasətinə həsr olunmuş ötən toplantıdan bəri faktiki və proqnozlaşdırılan inflyasiyaya həm azaldıcı, həm də artırıcı amillərin təsiri müşahidə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankdan verilən məlumatda bildirilir.
Qeyd edilib ki, bəzi tərəfdaş ölkələrdə milli valyutaların əlavə ucuzlaşması nəticəsində manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, iyunda dünya ərzaq qiymətlərinin dinamikasını və təchizat-logistika xərclərini xarakterizə edən göstəricilərin azalması inflyasiyaya azaldıcı təsir göstərən amillərdir. Lakin məcmu tələbin genişlənməsi son illər artan xərclərin daxili inflyasiyaya ötürülməsinə şərait yarada bilər. Kredit aktivliyinin effektiv tənzimlənməsi məqsədilə qəbul edilmiş makroprudensial qərarların həm də məcmu tələbə azaldıcı təsir edəcəyi gözlənilir. Müxtəlif amillərin çoxistiqamətli təsirləri şəraitində inflyasiya proqnozu demək olar ki, dəyişməz saxlanılıb. İnflyasiyanın mövcud dinamikasının davam edəcəyi halda ilin sonuna inflyasiyanın cari səviyyədən aşağı olacağı proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]