Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) AZ2032024708 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 251 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 96.1133 (5.80 faiz) manat və 96.7950 (4.75 faiz) manat olan 17 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54 milyon 165 min 300 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96.7618 (4.80 faiz) manat və orta ölçülmüş qiyməti 96.7778 (4.78 faiz) manat olaraq müəyyən olunub. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar gələn il iyulun 20-də ödəniləcək.
Həmin gün Mərkəzi Bankın AZ2031024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 167 gün notlarının yerləşdirilməsi üzrə hərrac baş tutub. Hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 97.8219 (4.80 faiz) manat və 97.9998 (4.40 faiz) manat olan 16 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 48 milyon 932 min 700 manat olub. Notların kəsmə qiyməti 97.9898 (4.42 faiz) və orta ölçülmüş qiyməti 97.9973 (4.41 faiz) manat olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar 2023-cü il aprelin 27-də ödəniləcək.
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər.