İQTİSADİYYAT
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 7 fevral, AZƏRTAC
Fevralın 7-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50200479S dövlət qeydiyyat nömrəli, 50 milyon manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 98.6193 AZN (6 faiz) və 99.1464 AZN (3.69 faiz) olan 15 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 265 milyon 371 min 800 AZN olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.1440 AZN (3.7 faiz), orta ölçülmüş qiyməti 99.1457 AZN (3.69 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 50 milyon AZN təşkil edib. Notlar mayın 4-də ödəniləcək.