MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI LƏNKƏRANDA SEMİNAR KEÇİRMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Lənkəran şəhərindəki mədəniyyət sarayında “Səsvermə günü seçki məntəqələrində işin təşkili və yekun protokollarının təlimatı qaydalara uyğun doldurulması” mövzusunda seminar-treninq keçirmişdir.
73 saylı Lənkəran şəhər seçki dairəsini əhatə edən 27 məntəqə seçki komissiyası üzvlərinin iştirak etdiyi tədbirdə MSK-nın məsul işçiləri Elnur Ağayev və Rüfət Hüseynovun məruzələri dinlənilmişdir.
Bir həftəlik təlim məşğələlərində rayonda fəaliyyət göstərən bütün seçki komissiyalarının üzvləri iştirak edəcəklər.