Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Bakı, 3 sentyabr, AZƏRTAC
Məzahir Pənahovun sədrliyi ilə 2021-ci il sentyabrın 3-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2021-ci il avqustun 19-da keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra Mərkəzi Seçki Komissiyasının qüvvədə olan bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələr nəticəsində Mərkəzi Seçki Komissiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun və Seçki Məcəlləsinin tələblərini əsas götürərək müvafiq dəyişikliklərin qəbul olunmasına qərar verib və bir sıra normativ xarakterli aktlar son dövrlərdə qanunvericilikdə edilmiş dəyişikliklərə uyğunlaşdırılıb.
Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan iclasda cari məsələlərə də baxılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [12:22]
Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur
- 10.10.2026 [11:18]
Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib
- 10.10.2026 [01:21]