SİYASƏT
Mhamed Kaki: Fransada irqçilik hələ də davam edir

Bakı, 21 noyabr, AZƏRTAC
Əlcəzairdənəm, hazırda Fransada yaşayıram. Fransada irqçilik hələ də davam edir. Başqa ölkələrdən gələn insanlar damğa altında yaşayırlar.
Əlcəzair xalqı faşizm üzərində qələbənin əldə olunmasına töhfə verib. Fransa 1945-ci ilin may ayından sentyabr ayınadək əlcəzairlilərə qarşı soyqırımı aktı həyata keçirdi. Bu hadisələr nəticəsində 40 min insan qətlə yetirildi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri "Les Oranges" Assosiasiyasının lideri (Fransa) Mhamed Kaki Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin “Qadın hüquqlarının inkişafı və qadınların səlahiyyətləndirilməsi” mövzusunda Bakıda keçirilən konfrans çərçivəsində təşkil edilən "Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişafı” üzrə panel müzakirələrdə səsləndirib.
“Paris “parlaq” bir şəhərdir. Altmış il bundan əvvəl həmin “mədəniyyət” şəhərində üç yüz mindən artıq insan qətlə yetirildi.
Bizə müstəmləkəçilik siyasətini yürüdənlər haqqında gənclərimiz bilməlidir, onlar tariximizi öyrənməlidirlər. Çünki Fransanın müstəmləkəçilik siyasəti hələ də başqa formalarda davam edir”, - deyə Assosiasiya lideri bildirib.