Milli Arxiv İdarəsində növbəti vebinar təşkil olunub
Bakı, 1 noyabr, AZƏRTAC
Milli Arxiv İdarəsində “Milli arxiv fondu sənədlərinin elmi-məlumat məqsədilə istifadəsi işinin təşkili” mövzusunda vebinar keçirilib.
29 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində “Milli arxiv fondu sənədlərinin elmi-məlumat məqsədilə istifadəsi işinin təşkili” (istifadənin növləri, sənədlərin aşkarlanması, seçilməsi və s.) mövzusunda vebinar keçirilib.
AZƏRTAC xəbər verir ki, vebinarda Milli Arxiv İdarəsinin rəis müavini Həsən Həsənov, şöbə müdirləri Cəmilə Abasova, Natiq Eminov, baş məsləhətçi Leyla Quliyeva və dövlət arxivlərinin müvafiq sahəyə məsul olan əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə idarənin rəis müavini Həsən Həsənov açaraq mövzunun aktuallığı barədə vebinar iştirakçılarına məlumat verib.
Sonra vebinar idarənin şöbə müdiri Natiq Eminovun məruzəsi ətrafında davam edib. İdarənin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Leyla Quliyevanın təqdim etdiyi praktiki nümunələr əsasında bu sahədə görülmüş işlər, mövcud problemlər və onların həlli yolları barədə vebinar iştirakçılarının iştirakı ilə fikir mübadiləsi aparılıb.