Milli Azərbaycan Tarixi Muzeyi əməkdaşlarının onlayn konfransı təşkil edilib
Bakı, 17 may, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Gənc Alim və Mütəxəssislər Şurası üzvlərinin iştirakı ilə onlayn konfrans keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, konfransda muzeyin 100 illiyi ilə bağlı bir sıra onlayn silsilə tədbirlərin keçirilməsi barədə müzakirələr aparılıb, Azərbaycan mədəniyyəti ilə bağlı təbliğat xarakterli tədbirlərin keçirilməsi barədə qərar qəbul edilib.
Şura sədri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova bu kimi silsilə onlayn tədbirlərin Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən muzeylər, müxtəlif folklor, mədəniyyət evləri ilə birgə həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Şura üzvlərindən muzeyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov da muzeyin xarici əlaqələrinin genişləndirilməsi istiqamətində təkliflərini verib və bununla bağlı gələcək planları açıqlayıb.
Sonda muzeyin gələcək fəaliyyəti istiqamətində şura üzvləri təklif və tövsiyələrini veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]
AMEA-da gürcü alimlərlə görüş olub
- 09.10.2026 [17:20]
BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]