MİLLİ BANK MÜSABİQƏ ELAN ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Milli Bank portfel idarəetmə sistemi xidmətlərinin alınması üçün açıq tender elan etmişdir.
Müsabiqədə funksional olaraq zəngin və yüksək göstəricilərə malik portfel idarəetmə sistemini təklif edən maliyyə texnologiyaları şirkətləri iştirak edə bilərlər. Namizədliyini irəli sürəcək şirkətlər institusional portfel idarəetmə sistemlərinin hazırlanması və quraşdırılması sahəsində 5 illik təcrübəyə və beynəlxalq müştəri bazasına malik olmalı, təklif etdiyi portfel idarəetmə sisteminin satışından ən azı 5 milyon ABŞ dolları məbləğində illik gəlir əldə etməlidir.
Müsabiqə qaydalarına əsasən, hər bir iddiaçı sentyabrın 19-dək 1000 manat iştirakçı haqqı ödəyərək, iştirak haqqında ərizə forması almalıdır. Əlavə məlumatları Milli Bankın rəsmi saytından (www.nba.az) əldə etmək olar.