Milli Dirçəliş Günü ilə əlaqədar kitab sərgisi açılıb
Bakı, 18 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Milli Dirçəliş Günü ilə əlaqədar kitab sərgisi açılıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, Kitabxananın informasiya-resurs şöbəsinin sistem inzibatçısı Mətanət Musayeva sərgi iştirakçılarına bu günün mahiyyəti haqqında ətraflı məlumat verib. Milli Dirçəliş Gününün Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsində əsas mərhələlərindən biri olduğu vurğulanıb, həmçinin ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan bəhs olunub.
Sərgi zamanı bildirilib ki, Ümummilli Liderin məqsədyönlü siyasəti nəticəsində ölkədə əmin-amanlığa nail olunub. Həmçinin ölkədə gedən inkişaf prosesi və Azərbaycanın bölgədə lider dövlətə çevrilməsi haqqında danışılıb.
Sonda sərgiyə baxış keçirilib.