Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli inkişaf modelinin müəllifi – ulu öndər Heydər Əliyev

Milli inkişaf modelinin müəllifi – ulu öndər Heydər Əliyev

Bakı, 9 may, AZƏRTAC

Tarixən parlaq siyasi liderlər özlərini xalqlarının həyatının ən mürəkkəb dövrlərində, ümumiyyətlə, ictimai inkişafın sınma nöqtələrində büruzə verirlər. Belə insanlar öz təşəbbüskarlığı, mütərəqqi ideyaları, iradəsi ilə xalqın, cəmiyyətin həyatında ciddi və müsbət dəyişikliklərə nail olurlar. Liderliyin əsas kriteriyalarından biri də məhz milli həmrəyliyi təminetmə bacarığından ibarətdir.

Bu fikirlər Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlunun “Azərbaycanın inkişafının adı Heydər Əliyev strategiyasıdır” başlıqlı məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir: “Tarixə, siyasi proseslərə, parlaq şəxsiyyətlərin həyatına nəzər saldıqda, liderlik fenomeninə dair universal yanaşmanın olmadığını yəqinləşdirirsən. Müəyyən tarixi şərtlər daxilində proseslərə bu və ya digər dərəcədə təsir edə bilən, cəmiyyəti yönləndirə bilən çoxsaylı liderlər mövcud olub və olmaqdadırlar. Lakin belə liderliyin ömrü əksər hallarda həmin tarixi şərtlərin mövcudluğu dövrü qədər olur. Ona görə də liderlik növlərindən danışarkən keçici və əbədi liderlik anlayışlarını da ayrıca nəzərdən keçirmək lazımdır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən proseslər həm də aydın göstərdi ki, liderin üzə çıxması və ya formalaşması üçün heç də həmişə dərin siyasi böhranın, sosial-iqtisadi fəlakət dövrünün olması şərt deyil. Düzdür, həmin dövrdə Azərbaycanda qeyd olunan vəziyyət mövcud idi. Amma Heydər Əliyev liderliyi təkcə bu fonda parlamadı. Ondan əvvəlki dövrdə də onun lider obrazı ictimai şüurda özünə möhkəm yer tutmuşdu. Ölkədə xaos, dərin sosial-iqtisadi böhran dövründə xalqın yalnız Ulu Öndərə müraciət etməsi bir daha göstərdi ki, xalq öz milli liderini yaxşı tanıyıb və əvvəldən müəyyənləşdirib. Sadəcə olaraq, həmin dövrdə Heydər Əliyevin davranışları onun ictimai təsəvvürdə olduğundan daha nəhəng, iradəli, xalqına çox bağlı olduğunu göstərdi. İllər öncə “Siyasət nəhəngi” ifadəsi mənə mücərrəd gələ bilərdi. Lakin sonrakı mərhələdə məhz Heydər Əliyevin obrazında “siyasət nəhəngi” ifadəsi ilə bağlı təsəvvürlərim tam formalaşdı. O, dünyanın çox nadir liderlərindən olmaqla, bütün tarixi dövrlər və şərtlər daxilində ölkəsinin, xalqının inkişafı üçün inkişaf konsepsiyasına malik idi.

Heydər Əliyev Azərbaycan xalqının müraciətinə böyük ehtiramla yanaşaraq, xilaskarlıq missiyasını öz üzərinə götürdü və ali siyasi hakimiyyətə qayıtdı. Bu zaman o, yalnız siyasi prosesləri idarə etməklə, dövlət idarəçiliyi funksiyasını həyata keçirməklə kifayətlənmədi. Heydər Əliyev hadisələrin gedişini köklü şəkildə dəyişdi. Bu dərin transformasiya ölkə daxilində olduğu kimi, regional müstəvidə də aydın müşahidə olundu. Bütövlükdə, regiondakı proseslər Azərbaycanın milli maraqlarına, strateji hədəflərinə uyğunlaşdırıldı. Milli inkişaf modelinin müəllifi Heydər Əliyevin uzaqvuran strategiyası Azərbaycanı ayağa qaldırdı, ilbəil gücləndirdi və söz sahibi etdi. Yalnız Heydər Əliyev kimi siyasət dahisinin ideyaları, baxışları və təcrübəsi olduqca sərt tarixi sınaq qarşısında qalan ölkənin hərtərəfli inkişafının drayveri ola bilərdi. Onun siyasi düşüncə tərzi Azərbaycan xalqını və dövlətini gələcək hədəflərinə doğru zərgər dəqiqliyi ilə yönləndirdi. Sadəcə olaraq, “Heydər Əliyev” ifadəsi heç bir xüsusi siyasi-ideoloji iş aparmadan Azərbaycan xalqının milli birliyini təmin etdi.

Başlanğıcda ən vacib platforma məhz milli birlik olmalı idi. Azərbaycan xalqı Heydər Əliyev adı ətrafında sıx birləşərək bütün maneələri aşdı, müstəqilliyini qorudu və özünü təsdiq etdi. Heydər Əliyev cəmiyyət üçün zəruri dəyişiklikləri dəqiqliklə müəyyənləşdirməyi bacaran tək şəxsiyyət idi. Tarixən nadir hallarda ölkələrin inkişafının xüsusi adı olur. Belə ölkələrdən biri də Azərbaycandır.

Azərbaycanın inkişafının adı Heydər Əliyev strategiyasıdır. Bu gün isə, bu strategiya özünü Zəfər strategiyası kimi təqdim edir. Çünki Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya baxacağımız başqa bir rakursda meydana gəldi. Biz çox aydın gördük və təsəvvürlərimizi daha da möhkəmləndirdik ki, ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, əslində, ölkənin ərazi bütövlüyünün təmin olunmasına hesablanmışdı. Onun strategiyasının həyata keçirilməsi ərazi bütövlüyünün təmin olunması üçün həlledici, zəruri olan bütün şərtlərin təmin olunmasını nəzərdə tuturdu. Hakimiyyətə qayıtdıqdan sonra ilkin olaraq effektiv dövlət idarəçiliyi mexanizmlərinin müəyyənləşdirilməsi və tətbiq olunması sonrakı addımların əsasını təşkil etdi. Heydər Əliyevin özünün də əsaslandırdığı kimi, daxili sabitlik olmadan heç bir məqsədə çatmaq mümkün deyil. Azərbaycandakı xaos, gərginlik o qədər təhlükəli idi ki, həmin dövrdə siyasi eksperimentlərə yer yox idi. Yalnız hadisələrə düzgün qiymət verməklə, hədəfə yönəlik çox dəqiq addımlar atmaqla, xaosu dəf etmək, dövlət idarəetmə sistemini işə salmaq və ölkənin inkişaf elementlərini müəyyənləşdirməklə vəziyyətdən çıxmaq mümkün idi.

Bu tarixi missiyanın öhdəsindən ancaq və ancaq ümummilli lider Heydər Əliyev gələ bilərdi! O, müxtəlif xarakterli proseslərə təsir edərkən heç vaxt situativ yanaşmırdı, mütləq şəkildə onların mümkün inkişaf perspektivlərini də dəqiqliklə hesablayırdı. Bir daha vurğulamaq lazımdır ki, bunu Vətən müharibəsi tam sübut etdi. Dünya erməniliyinin Azərbaycana qarşı total hərbi, siyasi, ideoloji müharibə apardığı bir dövrdə, hakimiyyət uğrunda qeyri-sivil mübarizə də, ölkə üçün ölüm hökmünə bənzəyirdi. Heydər Əliyev olmasaydı bu, baş verərdi. Daxili siyasi sabitliyi çox qısa zamanda təmin edən Ulu Öndər hərbi qarşıdurma vəziyyətində siyasi tənəffüs götürməyin vacibliyini aydın görürdü.

1994-cü il may ayının 5-də Bişkek protokolunu imzalamaqla, həm xilasa, həm də gələcək inkişafa hesablanmış mühüm addım atıldı. Bişkek protokolu imzalanan zaman Azərbaycanın maraqlarına uyğun olmayan bütün məqamlar Heydər Əliyev tərəfindən çıxarıldı. Heydər Əliyevin iradəsi ilə Ermənistanın işğalçı dövlət olduğu ilk dəfə məhz Bişkek protokolunda öz ifadəsini tapdı. Belə ki, protokolda “tutulan ərazilər” ifadəsinə qarşı çıxan Heydər Əliyev onun “işğal olunmuş ərazilər” ifadəsilə əvəzlənməsinə nail oldu. Bundan sonrakı mərhələdə ölkənin milli iqtisadi sisteminin formalaşdırılması imkanı yarandı və qısa zaman kəsiyində çox təsirli addımlar atıldı. Bazar iqtisadiyyatının elementləri əsasında milli iqtisadi sistem quruldu və funksional hala gətirildi. Milli Ordu quruculuğu böyük sürətlə həyata keçirilməyə başladı.

Bütün bunlarla yanaşı, beynəlxalq informasiya məkanında münaqişə vəziyyəti ilə bağlı həqiqətlərin yerinin göstərilməsi, ümumiyyətlə, milli maraqlarımızın qorunması missiyası da ümummilli lider Heydər Əliyevin üzərində idi. Xarici səfərləri zamanı xəritə üzərində Azərbaycan sərhədlərini dünyaya tanıdırdı, Ermənistanın təcavüzkarlığı, işğalçılıq siyasəti haqqında məlumatlandırırdı. Bunun özü artıq bizim gələcək hərbi qələbəmizin siyasi elementlərinin formalaşdırılması prosesi idi. Güclü Azərbaycanı qurmağı bacaran ümummilli lider Heydər Əliyev müvafiq olaraq, onu gələcək qələbəyə siyasi, iqtisadi və hərbi cəhətdən tam hazırladı. Heydər Əliyev ideyalarından bəhrələnərək yeni reallıqlar şəraitində Azərbaycanı daha da gücləndirən Prezident İlham Əliyev 2020-ci ildə milli tariximizin ən parlaq səhifəsini yazdı və xalqımızı qürurlandırdı. Tarixi Zəfərimiz Ümummilli Liderimizin müəyyən etdiyi və Prezident İlham Əliyevin müasirləşdirərək inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib