Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclis komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsi müzakirə olunub

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bu günlərdə qeyd edilən Zəfər Günü, Dövlət Bayrağı Günü münasibətilə iclas iştirakçılarını təbrik edib. Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə reallaşdırılan ardıcıl islahatlar nəticəsində Azərbaycanın dövlət və cəmiyyət həyatında əldə olunan nailiyyətlərdən söz açan Fəzail İbrahimli ölkəmizin bir qalib dövlət kimi dünyada söz sahibi olmasından, hərbi və iqtisadi qüdrətinin artmasından danışıb. O, dövlət büdcəsini ölkənin inkişaf proseslərinin davamlılığının təmin olunmasında, qarşıda duran strateji hədəflərə çatmaqda böyük əhəmiyyət daşıdığını vurğulayıb, onu vətəndaş cəmiyyətinin inkişafına, siyasi sabitliyin möhkəmlənməsinə dəstək verən bir alət kimi xarakterizə edib.

Azərbaycanın dövlət büdcəsinin ildən-ilə artmasını müsbət dəyərləndirən Fəzail İbrahimli müzakirəyə təqdim olunan 2023-cü ilin dövlət büdcəsi layihəsini dövlətin artan qüdrətinin göstəricisi kimi yüksək dəyərləndirib.

Sonra maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə ətraflı məlumat verib. O qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsi, həmçinin Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri, büdcə zərfinə daxil olan digər qanunverici aktlar və sənədlər qanunvericiliyin tələblərinə müvafiq olaraq Milli Məclisə təqdim olunub. Nazir bildirib ki, təqdim olunmuş dövlət və icmal büdcələrinin layihələri ölkə Prezidentinin sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qarşıya qoyulan hədəflərə uyğun hazırlanıb.

Maliyyə naziri deyib ki, 2023-cü ilin büdcə layihəsi ortamüddətli dövrdə makroiqtisadi və fiskal sabitliyin təmin edilməsi, büdcənin neft gəlirlərindən asılılığının mərhələlərlə aradan qaldırılması, borc intizamının təmin olunması kimi qarşıya qoyulan hədəflərə adekvatdır və gələn ilin büdcəsində ölkənin müdafiə qabiliyyətinin artırılması, Qarabağ və Şərqi Zəngəzur rayonlarında bərpa-quruculuq işlərinin aparılması, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın gerçəkləşdirilməsi kimi strateji çağırışlar, həmçinin dünyada gedən iqtisadi meyillər nəzərə alınıb.

Diqqətə çatdırılıb ki, 2023-cü ilin dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş əsas inkişaf prioritetlərinin və dövlətin əsas funksiyalarının, o cümlədən müdafiə və təhlükəsizlik, dövlət borcuna xidmət, sahibkarlığın inkişafı, aztəminatlı əhalinin sosial müdafiəsi, elm, təhsil, səhiyyə, sosial təminat və digər sahələrdə xərclərin maliyyələşdirilməsini təmin edəcək.

Vurğulanıb ki, 33 milyard 300 milyon manat məbləğində nəzərdə tutulan büdcə xərclərinin 24,2 faizi və yaxud 8 milyard 63 milyon manatı müdafiə və hüquq-mühafizə xərclərinə yönəldiləcək. Əsaslı xərclərin 3 milyard manatı işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə, Böyük Qayıdışın təmin edilməsinə, infrastrukturun qurulmasına və digər tədbirlərə yönəldiləcək.

Qeyd edilib ki, sosialyönümlü xərclərə 2023-cü ildə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Cari illə müqayisədə bu, 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur.

Əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri üçün növbəti ilin büdcəsində 4 milyard 416 milyon manat vəsait proqnozlaşdırılır. Qeyd olunub ki, növbəti ildə yaşayış minimumu və ehtiyac meyarının məbləğləri də bərabərləşdiriləcək.

Maliyyə naziri təhsil, səhiyyə, tibbi sığorta, sahibkarlığın maliyyələşdirilməsi sahələrində, habelə sosial-mədəni təyinatlı obyektlərin və digər layihələrin maliyyə təminatı üçün ayrılan vəsaitlər, o cümlədən uşaqların müdafiəsi, elm, təhsil və mədəniyyət sahələrində artırılan xərclər barədə ətraflı məlumat verib.

Vurğulanıb ki, 2023-cü ildə səhiyyə xərcləri üçün cari illə müqayisədə 198 milyon manat və yaxud 11,6 faiz çox vəsait ayrılacaq. Bununla da səhiyyə xərclərimiz 1 milyard 906 milyon manat təşkil edəcək. Növbəti ildə mədəniyyət və incəsənət xərcləri üçün 227 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ilə nisbətən 7 milyon manat və yaxud 3,2 faiz çoxdur.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev çıxışında icbari tibbi sığorta üçün dövlət büdcəsindən 1 milyard 263 milyon manat vəsaitin ayrıldığını qeyd edib, icbari tibbi sığortanın ümumi gəlirlərinin isə 2 milyard 393 milyon manat nəzərdə tutulduğunu deyib.

İcbari Tibbi Sığorta Fondunun vəsaitlərinin hər il artması tendensiyasından danışan Zaur Əliyev vəsaitlərin strukturu, xərc istiqamətləri, onlardan səmərəli istifadə barədə fikirlərini bölüşüb.

Sonra Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov palatanın 2023-cü ilin dövlət büdcəsinin layihəsinə dair rəyini təqdim edib. Bildirilib ki, Büdcə Zərfində əsas makroiqtisadi göstəricilər üzrə müxtəlif ssenarilər şərh edilib, iqtisadi artımın əsasən qeyri-neft sektoru hesabına təmin olunacağı proqnozlaşdırılıb. Qeyd edilib ki, büdcə layihəsi ilə birgə hazırlanan və təqdim olunan sənədlər, əks etdirilən əsas göstəricilər qanunvericiliklə müəyyən olunmuş əsas tələblərə uyğundur.

Bildirilib ki, hazırlanan və təqdim edilən sənədlərdə məlumatlılıq əvvəlki illərlə müqayisədə artırılıb, izahatlara daxil edilmiş məlumatların keyfiyyəti və həcmi də yüksəldilib. Hesablama Palatası, bununla yanaşı, bəzi istiqamətlər üzrə təkmilləşmələrin davam etdirilməsinin zəruriliyini də diqqətə çatdırıb.

Sonra iclasda parlamentin komitə sədrləri çıxış ediblər.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxışında 2023-cü ilin Dövlət Büdcəsini sosialyönümlü və investisiya tutumlu büdcə kimi xarakterizə edərək, səhiyyə xərclərində ciddi artımın olduğunu vurğulayıb. O, səhiyyəyə ayrılan vəsaitin gələn ildə artırılaraq 3 milyard manata qədər yaxınlaşmasını təqdirəlayiq hal kimi dəyərləndirib, xüsusən icbari tibbi sığortanın tətbiqində, xəstəxanaların maddi-texniki bazasının müasirləşdirilməsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. Əhliman Əmiraslanov icbari tibbi sığortanın əhatə dairəsinin artırılması, icbari tibbi sığorta üzrə xidmətlər zərfinin genişləndirilməsi, xüsusən oraya onkoloji və autizm kimi xəstəliklərin daxil edilməsi ilə bağlı fikirlərini bölüşüb.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təqdim olunan dövlət büdcəsində ailə institutunun qorunmasına, qadın və uşaqların müdafiəsinə ayrılan vəsaitlərin artırılmasını təqdirlə qarşılayıb. Hicran Hüseynova atalıq məzuniyyətinin ödənişli olması, təhsil müəssisələrində psixoloq və sosial işçilərin ştat vahidinin artırılması, Aliment Fondunun yaradılması, qadınların əmək bazarında iştirakı ilə bağlı təkliflərini səsləndirib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə uyğun olaraq, Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini bildirib. O, müzakirəyə çıxarılan büdcə layihəsini bu inkişaf templərinə, işğaldan azad edilmiş ərazilərin bərpası, milli təhlükəsizliyin təmini kimi regional və digər qlobal çağırışlara cavab verməsindən danışıb.

Bəxtiyar Əliyev gələn ilin büdcə layihəsində təhsilə ayrılan xərclərin artırılmasını yüksə qiymətləndirərək, bunun Ordumuz üçün yüksəkixtisaslı kadrların hazırlanmasına da xidmət etdiyini söyləyib. Komitə sədri davamlı inkişafı təmin edəcək mütəxəssislər hazırlanması, elmlə təhsilin inteqrasiyası, ali təhsil müəssisələrində elmi tədqiqatlara ayrılan vəsaitlərin artırılması, büdcə vəsaitlərinin nəticə yönümlüyünün yüksəldilməsi kimi məsələlərlə bağlı fikirlərini bölüşüb.

Sonra Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək gələn ilin büdcəsində mədəniyyət sahəsinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan söz açıb. Qənirə Paşayeva mədəniyyət sahəsində bir çox dövlət proqramlarının nəticələrinin qiymətləndirilməsinin, mədəniyyətin bir çox sahələrində stimullaşdırıcı tədbirlərin tətbiqinin əhəmiyyətinə toxunub, bəzi bölgələrdəki tarixi-mədəniyyət abidələrinin bərpa edilməsinin yubandığını qeyd edib, bu istiqamətlərlə bağlı təkliflərini dilə gətirib.

Büdcə layihəsinin müzakirələrində İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini Sahib Alıyev, Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, deputatlar Sabir Rüstəmxanlı, Məlahət İbrahimqızı, Azər Badamov, Ceyhun Məmmədov, Razi Nurullayev, İlham Məmmədov, Etibar Əliyev, Müşfiq Məmmədli, Rauf Əliyev, Aqiyə Naxçıvanlı çıxış ediblər. Millət vəkilləri 2023-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı rəy və təkliflərini bildiriblər, suallarını səsləndiriblər.

Sonra maliyyə naziri Samir Şərifov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, elm və təhsil nazirinin müavini İdris İsayev, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, səhiyyə nazirinin müavini Rasim İsmayılov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Siyavuş Heydərov, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, səsləndirdikləri sualları cavablandırıblar.

Müzakirələrin sonunda deputatlar “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda deputatlar Eldar Quliyev, Cavanşir Paşazadə, Kamilə Əliyeva, Afət Həsənova, Rafael Hüseynov, Ülviyyə Ağayeva, Kəmaləddin Qafarov, Sədaqət Vəliyeva, Nigar Arpadarai, Könül Nurullayeva, Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub